NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Planetimiz insanların müdaxiləsindən öncə və sonra – Maraqlı görüntülər /FOTO/

Oxundu: 631
Planetimiz insanların müdaxiləsindən öncə və sonra – Maraqlı görüntülər /FOTO/

Fikir vermisizsə, uşaqlıqdan doğma gələn bəzi məkanlar illər sonra tanıya bilməyəcəyimiz həddə dəyişə bilir. Çaylar quruyur, yaxud bomboş ərazi meşəliyə çevrilir

 

Bəzi dəyişiklər öz-özünə baş verir, lakin bəzilərinin baş verməsində insan faktoru rol oynayır. Kimsə ağac əkib yaşıllıqları artırır, avtomobil əvəzinə velosipeddən istifadə edir, kimsə əksinə.

 

İslaminSesi Adme.ru-ya istinadən İmages of Change layihəsindən götürülmuş maraqlı şəkilləri oxuculara təqdim edir.

 

-2018-ci ilin istiləri nəticəsində Avropada yaranan quraqlıq

 

 

Səbəb: Yer üzərində orta temperaturun artması. Buna isə istixana qazlarının tullantısına gətirən insan fəaliyyəti səbəb olur. Nəticədə Avropa üzərində anomal antisiklon sistemi və yüksək təzyiq sahələri yaranır ki, bu da yayda güclü istilərə, qışda qeyri-adi soyuqlara və intensiv yağıntılara gətirib çıxarır.

 

 

Gələcəyə proqnoz: Güclü istilər 7 ildə bir təkrarlanacaq. Planetimiz üçün bu, yeni bir şey deyil. Təxminən 252 milyon il öncə atmosferdə karbon qazının konsentrasiyası artmışdı, Arktikada metan tullantısı baş verib və canlıların 97%-i məhv olub. Planetin bərpası üçün 10 milyon il tələb olunub.

 

Günümüzdə insan fəaliyyəti bu proseslərin  inkişafını dəfələrlə artırı: iqlim təbiətdən daha sürətli dəyişir və insanlar buna uyğunlaşa bilir. Lakin məhz insan hansısa prosesləri yavaşlata, hətta geriyə çevirə bilər.

 

-360 milyon insanın yaşadığı ərazini su altında qoya biləcək  nəhəng su elektrik stansiyası

 

 

Səbəb: "Üç dərə" SES-i Çində istixana qazları tullantılarının həcmini azaltmağa kömək edib. Yantszı çayının dərinliyinin artması gəmiçilik üçün şəraiti yaxşılaşdırıb və yük daşınmasını çoxaldıb. Baraj bəndi qəsəbələri hər il baş verən daşqınlardan qoruyur.

 

Gələcəyə proqnoz: tikinti zamanı bir çox canlıların təbii yaşayış yerləri əhatə olunub. Torpaq daşqınlar zamanı çayın gətirdiyi məhsuldar lilsiz qalıb, bu da taxıllardan alınan məhsullara təsir edir. SES-in fəaliyyəti  sürüşmələrin sayının artmasına səbəb olub. Bənd xəsarət alsa, 360 milyon insan daşqın altında qala bilər. Buna görə, SES Çin ordusu tərəfindən mühafizə olunur.

 

-3 il ərzində yox olmuş qədimdən qalan duzlu göl

 

Səbəb: Poopo gölü Titikaka gölüylə birgə qədimi iri gölün tərkibində olub, lakin məhsulların suvarılması və akkumulyatorların istehsalında lazımlı maddələr əldə edilən mədənlərin işləməsi üçün suyun çəkilməsinə görə zamanla quruyub. 1994-cü ildə göl yoxa çıxıb. Onun qismən bərpasına illər lazım olub.

 

Gələcəyə proqnoz: 2016-cı ildə göl quruyub və çətin ki, nə vaxtsa insan müdaxiləsi olmadan suyla dolsun. Suyun belə massivinin yox olması dağlarda temperaturun artmasına, regionda yağıntı miqdarının azalmasına və biosferanın dəyişməsinə gətirib çıxarıb. Məsələn, flaminqo və digər köçəri quşlar istirahət üçün böyük dayanacaqdan məhrum olub. İnsan həyatı üçün əlverişsiz şəraiti olan zona göl xaricində genişlənməyə davam edir.

 

-İnsanın səbəb olduğu daşqın, çay yatağını və dəniz sərhədlərini dəyişən bəndlərin tikintisi

 

 

Səbəb: Xuanxenin çay ağızı 1938-ci ildə yapon qoşunlarıyla mübarizə üçün Mərkəzi Çində hökumət tərəfindən təşkil edilmiş süni daşqın nəticəsində yüzlərlə mil cənuba tərəf yer dəyişib. Nəticədə təxminən 800 min insan həlak olub.

Çay qərbdən tonlarla torpaq gətirir, və Xuanxenin axdığı körfəzin sahilləri dəyişir. Bu, yerli torpağı məhsuldar edir, buna görə burada dəniz məhsullarının (şəkildəki tünd göy dördbucaqlar) yetişdirilməsi üçün fermalar tikilir.

 

Gələcəyə proqnoz: çayın uzununa dambaların tikintisi davam etdiyindən daşqınların sayı artacaq. Təxminən 2 min il əvvəl bu regionda faciəli su basmanı baş verib, nəticədə 9 milyon insan xəsrət alıb. Bu bizim günlərdə də təkrarlana bilər.

 

-Meşəyə çevrilən Svartisen buzlağı

 

1889-cu ildə bura Svartisen buzlağında çoxmetrli buz qatıyla örtülmüş boş bir ərazi olub. 120 il sonra isə  burada tozağacılar yetişir və meşəlik əmələ gəlir. Buzlaq əriyir, onun yerində yaşıl çəmənlər yaranır.

 

 

 

Səbəb: ərimə qlobal istiləşmənin nəticəsidir. Norveçin su resursları və enerji idarəsi burada 1974-cü ildən bəri ərimənin sürətini nəzarətdə saxlamaq üçün buz kütləsinin balansına müşahidələr aparır.

 

Gələcəyə proqnoz: elektrik enerjisinin təxminən 20 %-ini Norveç buzlaqlardan axan sularla qidalan çarhovuzlardan alır. Ərimənin sürəti artsa, suyun daha çox həcminin emalı üçün kifayət qədər gücə malik olmayan avadanlıqda qəzalar baş verəcək, yerin quru hissəsinin böyük sahələrini su basacaq, yerli biosfera və iqlim dəyişəcək, içməli suyun resursları azalacaq.

 

-50 ildə ilk dəfə Kaliforniya körfəzinə yenidən axan Kolorado çayının deltası

 

 

Səbəb: XX əsrin əvvəlinə kimi Kolorado çayı Kaliforniya körfəzinə axırdı, amma bəndlərin, su anbarlarının və düzəltmə kanallarının tikintisi onu tükətdi. Günümüzdə bu gün çay ağızı öz həcminin 95 %-ini itirib, lakin çay hələ 40 milyon insanı suyla təmin edir.

 

2014-cü ildə bu regionu həyata qaytarmaq və çayı doldurmaq üçün ABŞ və Meksika hökumətləri bənddə milyonlarla litr suyu axıtmaq qərarına gəlib.Beləliklə, çay 50 il ərzində ilk dəfə olaraq özü Kaliforniya körfəzinə axıb.

 

Gələcəyə proqnoz: insan müdaxiləsi olmadan quruma davam edəcək, çay tədricən yox olacaq. Milyonlarla insan və kənd təsərrüfatı yeri sudan məhrum qalacaq, yüzlərlə hektarlıq meşə və yaşıl çəmənlər səhralıqlara  çevriləcək.

 

 

-Səhranı sonsuz yaşıl enerji mənbəyinə çevirən günəş stansiyası

 

 

 

Səbəb: Topaz Solar Farm elektrik stansiyası Kaliforniyanın layihəsi çərçivəsində tikilib. Layihə sayəsində ştat artıq 2020-ci ilə kimi sərf edilən elektrik enerjisinin 33 %-ini yenilənən mənbələrdən almağa ümid edir. Tikinti 2011-ci ildə başlanıb, 2 il sonra stansiya elektriki ilk istehlakçılara çatdırmağa başlayıb.Hazırda  ona 160 min ev qoşulub.

 

Gələcəyə proqnoz: belə layihələr atmosferə zərərli tullantıların həcmini azaldır və yaşayış az olan sahələrdən yenilənən enerjinin təbii mənbələri kimi təhlükəsiz və effektiv şəkildə istifadə etməyə imkan yaradır. Bu tip layihələrdə istehlakçıların şəxsi arzusu böyük rol oynayır.

 

Məsələn, Almaniyada fərdi istehlakçılar dövlətə onların özəlləşdirilmiş sahələrində quraşdırılmış şəxsi külək dəyirmanlarının və günəş batareyalarının sayəsində alınan xərclənməmiş elektrik enerjisini sata bilirlər.

 

 

-Böyük Maneəli rifin həddən artıq ilıq suya görə xəstələnən mərcanları

 

 

Səbəb: Dünya okeanında suyun temperaturun yüksəlməsi mərcanların kütləvi məhvinə səbəb olub. Böyük Maneəli rifin ayrı rayonlarında mərcanların 90%-i həlak olub. Öldükdə, onların rəngi tutqun olur, çünki daxillərində olan rəngli yosunlar məhv olur. Alimlərin hesablamalarına görə, 2050-ci ilə kimi insan müdaxiləsi olmasa, Yer kürəsində bütün mərcan rifləri öləcək.

 

Gələcəyə proqnoz: bu mühitdə yaşayan flora və fauna məhv olmağa başlayıb. Mərcanların yerləşdiyi ayrı-ayrı məkanlar insan müdaxiləsi olmadan bərpa oluna bilməz. İtki nəfəs aldığımız havanın keyfiyyətində təsir edəcək, hansılara ki, biz nəfəs alırıq: oksigenin 80 %-ini biz okeandan alırıq. Bəzi ölkələrdə balıqçılıq və turizm sahələrində kəskin eniş olacaq, dağıdıcı fırtınaların və qasırğaların sayı artacaq.

 

-Qışda qarın yağdığı, baharda çiçəklənən səhralar

 

 

Səbəb: Saxara XX əsrdə sonuncu dəfə qarı 1979-cu ilin fevralında görmüşdü. 2016-cı ildə qar yenidən yağıb. Vəziyyət 2017 və 2018 ildə təkrarlanıb. Qlobal istiləşməyə görə Avropanın üzərində atmosfer təzyiqi yüksəlib, soyuq hava daha uzağa, cənuba - Şimali Afrikaya- yayılır.

 

Atakama səhrası dünyada ən quraqlıq səhra hesab edilirdi. Lakin 1991 və 1997-ci illərdə qeyri-adi yağıntılara görə bura çiçəklənib. Vəziyyət 2010 və 2015-ci illərdə təkrarlanıb.

 

Gələcəyə proqnoz: insan fəaliyyəti iqlimin həddən artıq sürətlə dəyişməsinə səbəb olur. Saxarada qəfil qar yağarkən, Avropada minlərlə canlıların məhvinə gətirən, meşə yanğınlarına, qıtlığa və insan tələfatına səbəb olan quraqlıq müşahidə olunur.

 

-Təyyarədən görsənən müəmmalı dairəvi sahələr

 

 

Səbəb: Səudiyyə Ərəbistanının fermerləri ölkənin daxilində tələbatı təmin etmək və ixracda bir az qazanc əldə etmək üçün səhranın ortasında meyvə-tərəvəz əkirlər. Səhranın bir hissəsini məhsuldar sahələrə çevirən yeraltı sular buna imkan yaradır. Hər sahənin mərkəzində əkinləri sulamaq üçün dairəvi hərəkət edən süni suvarma sistemi mövcuddur.

 

Gələcəyə proqnoz: regionun quraqlıq iqlimi dəyişmir, yeraltı su ehtiyatları isə ancaq yaxın 50 ilə çata bilər. Buna görə fermerlərə istixanalara keçmək yaxud ətraf mühitə ziyan vurmayan daha gəlirli layihələrə yatırım etmək məsləhət görülür.

 

-Kiprin 1/6 hissəsinə bərabər ərazini suya qərq edən su elektrik stansiyası

 

 

Səbəb: "Yasireta" SES-i Argentina və Paraqvayı elektrik enerjisiylə təmin etmək üçün Parana çayında tikilib. Bu, Cənubi Amerikada Amazonkadan sonra ikinci ən uzun çaydır. Bəndin tikintisindən sonra çayda suyun səviyyəsi artıb. 30 min sakin öz evlərindən didərgin düşüb, təxminən 800 min nəfər isə riskin zonasındadır. Su altında qalmış ərazilərdə yaquarlar, canavarlar, nəhəng qarışqayeyənlər, 650-dən çox quş növü və 10 min bitki növü olub.

 

100 milyon insanın və çox nadir növ heyvanların həyatı çayın vəziyyətindən asılıdır. Su anbarı aşağıda yerləşən torpaqları daşqınlardan qoruyur.

 

Gələcəyə proqnoz: bəndin ödəniş və istismarı ilə bağlı olaraq ölkələr arasında münaqişə davam edir və onun genişlənməsi üzrə planlara təsir göstərir. Bu qədər sürətli iqlim dəyişikliklərinə hesablanmayan su anbarında suyun səviyyəsinin daimi artması vəziyyəti kəskinləşdirir.  Bəndin daşması və zədələnməsi dünyada ən böyük sənaye qəzasına gətirib çıxara bilər.

 

-Bir adanı xilas etmək üçün cəmi bir insanın əkdiyi 550 hektar meşə

 

 

Səbəb: Molay ləqəbli Cadav Payenq meşənin yox olmasına görə daşqınlardan xilas ola bilməyən yüzlərlə ilanın sahilə atılmasının şahidi olub. Bu Molayı məyus edib və o, bir neçə onillik ərzində sahildə ağac əkərək 550 hektardan çox ərazini meşəliyə çevirib.

 

Gələcəyə proqnoz: onun zəhmətinin sayəsində meşədə benqal pələngləri, hind kərgədanları, marallar və dovşanlar, meymun və quşlar yenidən peyda olub.

Yüzlərlə fil Molayın müdafiəsinə güvənərək hər il burada 6 aylıq məkən salır. Yaxın zamanlarda Molay çayın digər qumlu sahilində də meşəni bərpa etməyi planlaşdırır...

 

Bu, cəmi bir nəfərin də böyük iş görə biləcəyinin sübutudur.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system