NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

PKK terrorçuları Kərkük şəhərinə daxil olublar

Oxundu: 152
PKK terrorçuları Kərkük şəhərinə daxil olublar

PKK terror təşkilatı İraqın Kərkük şəhərinə daxil olmağa çalışır.

 

İslaminSesi “Haber7.com” a istinadən xəbər verir ki, İraq Türkmən Cəbhəsinin Kərkük təşkilatı üzrə təmsilçisi Məhəmməd Saman bildirib ki, PKK terror təşkilatı yenidən Kərkük şəhərinə yerləşməyə başlayıb.

 

O, PKK terrorçularının türkmənlərə qarşı hücumlara başlayacaqlarından narahat olduğunu dilə gətirib.  Kərkükdə yaşayan türkmənlər bildiriblər ki, PKK terrorçuları təxminən bir il öncə şəhəri tərk edən Peşmərgə və kürd asayiş keşikçilərinin arasına qatılaraq, şəhərə daxxil olublar.  Hətta onlara qarşı təcavüzlərə başladıqlarını da, vurğulayıblar.

 

 Son 15 il ərzində xüsusilə Kərkük və Tuzhurmatu şəhərlərində Türkmən rəsmilərinin qətlə yetirilməsində  PKK-nın rolunun olduğunu deyən, Məhəmməd Samman, keçmiş faciələri təkrar yaşamaq istəmədiklərini dilə gətirib. O, bildirib ki, Kərkükdə təhlükəsizliyi yalnız İraq hökuməti təmin etməlidir və silah təkcə dövlətin əlində olmalıdır.  

 

Qeyd edək ki, 3 il Peşmərgə qüvvələrinin nəzarətində olan Kərkük şəhəri 16 oktyabr 2017-ci ildə  İraq ordusu tərəfindən geri alınmışdı.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system