NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Pikassonun “sülh göyərçini” və ya erməni riyakarlığının növbəti təzahürü

Oxundu: 594
Pikassonun “sülh göyərçini” və ya erməni riyakarlığının növbəti təzahürü

Əli Əliyev: “Ana olaraq övladının işğal ərazilərində xidmətinə etiraz etməməsi Anna Akopyanın xislətidir”

 

Məlum olduğu kimi, Ermənistan baş nazirinin arvadı, jurnalist Anna Akopyan ABŞ-a səfəri zamanı “Amerikanın səsi”nin erməni xidmətinə müsahibəsində özünün “Qadınlar sülh naminə” təşəbbüsü haqda danışıb. Və etiraf edib ki, minlərlə erməni əsgəri Azərbaycan ərazilərini işğal edərkən mənasız yerə həyatlarını itiriblər. Anna Akopyan deyib ki, onun çağırışı atəşkəsin qorunması naminə təkcə azərbaycanlı qadınlara deyil, Qarabağ münaqişəsinin “bütün tərəflərinə” yönəlib.

 

Qeyd edək ki, A.Akopyan  hələ ötən il iyulun 24-də bu məqsədlə Rusiya paytaxtına səfər edərək müxtəlif sferalarda fəaliyyət göstərən bir sıra rusiyalı qadın-xadimlərlə, erməni diasporunun üzvləri ilə görüşmüşdü. Bu görüşlər zamanı  bildirmişdi ki,  Qarabağa görə “Qadınlar sülh naminə” kampaniyası başladır. Onun dediyinə görə, onun təşəbbüsünün əsas məqsədi Qarabağ münaqişəsinin dinc nizamlanmasına dəstək olmaqdır. O, eyni zamanda,  çıxışında 2016-cı ilin aprelindəki dörd günlük müharibəni də xatırladaraq demişdi ki, heç bir siyasət, heç bir siyasi mənfəət həyata yeni atılmış uşaqların zorakı ölümünə, valideynlərin ağrısına və yetim uşaqların əzablarına dəyməz. ABŞ-a səfəri zamanı da oxşar fikirlər səsləndirən Akopyanın dediklərinin Paşinyan və digər rəsmilərin mövqeyindən fərqləndiyi diqqətdən yayınmayıb. Baş nazirin həyat yoldaşı qeyd edib ki, təşəbbüsün  yeganə mənası əsgərlərin həyatını qorumaq və onları boş yerə qurban verməməkdir: "Çünki illər boyu davam edən qarşıdurma ərzində hər iki tərəfdən çoxsaylı qurbanlar olub. Minlərlə qurban var, amma biz onları boş yerə vermişik, çünki həmin qurbanlar bizi münaqişənin nizamlanmasına bir santimetr də olsun yaxınlaşdırmayıblar, əksinə, uzaqlaşdırıblar. Çünki nifrətin hökm sürdüyü şəraitdə biz münaqişənin həllini tapa bilmərik”.

 

Akopyanın fikirləri siyasi eksperlət arasında birmənalı qarşılanmayıb. Bəziləri bunu növbəti erməni hiyləgərliyi, kimisi isə Paşinyanın öz mövqeyini erməni cəmiyyətinə arvadı vasitəsilə bu mesajla çatdırmaq istəyi ilə izah edir.

 

Bəs bu baxımdan A.Akopyanın öz müsahibəsində "minlərlə erməni əsgəri Qarabağda mənasız yerə həyatını itirib" deyə fikir bildirməsi əsl reallıqda nəyi ifadə edir? ABŞ səfəri zamanı belə bir fikrin səsləndirilməsini əslində Paşinyanın gerçək mövqeyi kimi qəbul etmək olarmı? Başqa sözlə, bu, oğullarını itirən Ermənistan qadınlarının vasitəsilə sülh prosesinə gizli hazırlıq ola bilərmi?

 

"İslamınSesi"-nin suallarına aydınlıq gətirən politoloq, Vətəndaş və İnkişaf Partiyasını sədri Əli Əliyevin sözlərinə görə, bu bəyanatın Anna Akopyan tərəfindən səsləndirilməsi müxtəlif cür şərh edilə bilər: "Akopyan baş nazirin xanımıdır. Bu qeyri-rəsmi yüksək statusdur. Birinci xanımlar adəti üzrə aparılan rəsmi kursun əlehinə mövqe bildirə bilməzlər. Rəsmi kurs isə ortadadır. Bugünkü erməni siyasi isteblişmenti Sərkisyan komandasından da sərt mövqe nümayiş etdirir. Həmin Akopyanın oğlu işğal olunmuş ərazilərimizdə hərbi xidmətdədir. Ana olaraq övladının işğal ərazilərində xidmətinə etiraz etməməsi Akopyanın xislətidir. Sadəcə bu bəyanatı ilə xanım Akopyan ifadə etmək istəyir ki, torpaqları işğalsız alsaydıq daha yaxşı olardı. Yaxud ABŞ səfəri zamanı qanımızı tökərək aldıqları torpaqlarda sülh arzularını ifadə edir. Sanki Pikassonun göyərçinidir”.

 

VİP sədrinin qənaətinə görə, əslində həm Paşinyan, həm arvadı, həm də onlara hakimiyyət verən haylar, dəstəkləyən beynəlxalq çevrələr torpaqların işğalına haqq qazandırırlar: “Erməni hakimiyyətindən mədət ummaq olmaz. Akopyanın dedikləri erməni riyakarlığının növbəti təzahürüdür, vəssalam. Bu qədər sadə".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system