İSLAM

Oxundu: 160
Peyğəmbər (s) narahatçılığına son qoyan qiblə ayəsi

Peyğəmbər (s) narahatçılığına son qoyan qiblə ayəsi

İslamın əvvəllərində müsəlmanlar Məscidul-Əqsaya tərəf namaz qılırdılar.

İslaminSesi.info- İslam dini təkcə fərdi hökümlərdən ibarət deyil, həmçinin ictimai məsələləri də özündə ehtiva edir. Qiblə məsələsi də bu növ işlərdəndir ki, vəhdətə və bir mərkəzə diqqətə xidmət edir. Bu bir mərkəzə diqqət istər zahiri formada yönəlməkdən ibarət olsun, istərsə də batini formada ağıl və qəlblərin yönəlməsi kimi olsun.

 

İslamın ilkin çağlarında müsəlmanlar Beytul-Müqəddəsə tərəf namaz qılırdılar. Hədislərdə deyilir ki, Hz.Adəmdən bəri bəşərin qibləsi Kəbə olub, lakin ulul-əzm peyğəmbər Hz.Musa (ə) ın vaxtında qiblə dəyişdirilib Məscidul-Əqsaya tərəf olub (Tarixi ibn Xaldun).

 

Qiblənin Kəbə evinə tərəf dəyişdirilməsi tarixçəsini hicrətdən 18 ay sonra  qeyd edirlər. Müsəlmanların Beytul-Müqəddəsə tərəf namaz qılmasına yəhudilər istehza edirdilər və deyirdilər ki, necə dindir ki, öz qibləsi yoxdur. Onların bu kimi istehza və tənələri müsəlmanları narahat edirdi. Bu da Peyğəmbərin (s) ürəyini sixırdı. Halbu ki istər onların olsun, istərsə də müsəlmanların olsun qibləsi Allah tərəfindən peyğəmbərlərə vəhylə bildirilir. Bu səbəbdən Peyğəmbər (s) qəmli halda səmaya baxar, sanki bu vəhyi gözləyərdi.

 

Müsəlmanların qibləsi Bəqərə surəsinin 144- cü ayəsi ilə Beytul-Müqəddəsdən Məscidul-Həramə tərəf dəyişdirilir. Hədisdə buyurulur ki, Peyğəmbər (s) Mədinədə Bəni Səlimə məscidində Zöhr namazı əsnasında ikən Cəbrail (ə) nazil olur və qiblənin Kəbə evinə tərəf nazil olmasını çatdırır:

 

 “(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.”

 

Bir qibləni olması məsələsi mühüm əhəmiyyətə malik bir məsələdir. Bu baxış istər zaihrdən olsun, təsəvür edin məsciddə hərə üzünü bir tərəfə tutub, istərsə də ağılların və qəlblərin bir nur çeşməsindən qidalanması kimi olsun!

 

Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system