NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Peşə məktəblərinin tədris qruplarında orta sıxlıq müəyyən edilib

Oxundu: 51
Peşə məktəblərinin tədris qruplarında orta sıxlıq müəyyən edilib

Nazirlər Kabineti (NK) peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlığı müəyyən edib.

"İslaminSesi.info" nın məlumatına görə, “Peşə təhsili haqqında” qanunun tətbiqi ilə əlaqədar NK qərara alıb ki, bir sıra peşə istiqamətlərində ixtisas qrupları üzrə üzrə tədris qruplarında orta sıxlıq 10 nəfərdən az, 20 nəfərdən çox olmamaqla müəyyən edilməlidir.

 

Həmin ixtisaslar “Sənətşünaslıq, mədəniyyət və incəsənət”, “030104 Memarlıq hissələrinin modelləşdirilməsi və yapılması”, “030105 Dekorativ suvaq və yapma məmulatlarının bərpası”, “030106 İnşaat işlərinin bərpası”, “030107 Xalça və xalça məmulatlarının bərpası”, “030108 Daş və ağac memarlıq abidələrinin bərpası”, “030109 Musiqi alətlərinin bərpası”, “030110 İnteryer və eksteryerin bədii tərtibatı”, “030112 Ağacdan, keramikadan, metaldan hazırlanan bədii məmulatlar”, “030113 Ağac və parça üzərində naxış və rəssamlıq”, “030119 Xalq bədii yaradıcılığı”, “030207 Kino-video nümayişi”, “030211 Fotoqraf işi”, “030818 Tikiş istehsalatı”, “030819 Modelçilik və dizayner”dir.

 

Tədris qruplarında təhsilalanların sayı 16 nəfərdən çox olduqda, laboratoriya və istehsalat təlimi dərslərində həmin qruplar 2 yarımqrupa bölünə bilər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system