NAMAZ VAXTLARI:
  • FƏCR 05:26
  • GÜN 06:47
  • ZÖHR 12:49
  • ŞAM 19:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Pentaqonun müvəqqəti rəhbəri Əfqanıstana elan olunmamış səfər edib

Oxundu: 110
Pentaqonun müvəqqəti rəhbəri Əfqanıstana elan olunmamış səfər edib

ABŞ-ın müdafiə naziri vəzifələrinin müvəqqəti icraçısı Patrik Şanahan Əfqanıstana elan olunmamış səfər edib.

IslaminSesi-nin RT-yə istinadən verdiyi xəbərə görə, bu haqda AFP yazır.

Daha öncə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bildirib ki, Amerika tərəfi radikal "Taliban" hərəkatının təmsilçiləri ilə iyulun 20-də bu ölkədə keçiriləcək prezident seçkilərinə qədər sülh sazişi bağlamaq istərdi.

Həmçinin, mətbuatda yayılan məlumata əsasən, ABŞ və "Taliban" Əfqanıstanda 17 illik müharibənin sona çatdırılması haqda ilkin razılığa gəliblər. Müqavilənin bəndlərindən biri xarici qoşunların dövlət ərazisindən çıxarılmasını  nəzərdə tutur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system