Pentaqon təşvişdə - Çoxsaylı rus döyüş gəmisi ABŞ sahillərində göründü

Oxundu: 1370
Pentaqon təşvişdə - Çoxsaylı rus döyüş gəmisi ABŞ sahillərində göründü

Pentaqon ABŞ sahillərində Rusiya hərbi gəmilərinin fəallaşmasından şikayətlənib.

İslaminSesi xarici avia.pro informasiya portalına istinadən xəbır verir ki, Rusiya tərəfdən heç bir rəsmi açıqlama verilməsə də, bu ölkənin hərbi gəmilərinin Amerika Birləşmiş Ştatlarının ərazi sularının lap yaxınlığında, açıq-aşkar Amerika donanmasına "salam göndərdiyi" məlum olub. 

 

Məlumatı təsdiqləyən Pentaqon həmin gəmilərin hələ uzun müddət ABŞ sahillərində qala biləcəyindən narahat olduğunu dilə gətirib.


""Pentaqonun 2021-ci il büdcə layihəsində Dünya okeanının bu hissəsində Rusiya və Çinin daha aktiv olduğunu göstərən bir xəritə də yer alır" - deyə "The Drive" yazır. Moskvanın, xüsusən də Şimali Amerikanın cənub-şərq sahili yaxınlığında, Karib dənizində, Atlantik okeanının şimal hissəsində, Aralıq dənizində və Arktikada mövcudluğunu gücləndirdiyi qeyd olunur” - Lenta.ru xəbər verir.


Rusiya hərbi gəmilərinin təqdim olunan fəaliyyət xəritəsinə əsasən, Amerika Birləşmiş Ştatlarının şərq sahilləri Rusiya Hərbi Dəniz Qüvvələri üçün xüsusi maraq doğurur. Əvvəllər Rusiya donanmasının ABŞ-a qarşı onun bütün şərq sahillərini asanlıqla məhv edə biləcək mümkün zərbə hazırladığı, bu məqsədlə pilotsuz nüvə sualtı gəmisindən istifadə edəcəyi də iddia olunub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system