NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Pentaqon Meksikayla sərhəd divarına 650 milyon dollar ayırdı

Oxundu: 178
Pentaqon Meksikayla sərhəd divarına 650 milyon dollar ayırdı

ABŞ Müdafiə Nazirliyi Meksikayla sərhəddə qoruyucu konstruksiyaların müasirləşdirilməsinə 650 milyon dollara yaxın vəsait ayırıb.

İslaminSesi-nin RT-yə istinadən verdiyi xəbərə görə, müvafiq saziş idarənin saytında təqdim olunub.

 

"Nyu Meksikonun Southwest Valley Constructors şirkəti Tuson şəhərində mövcud olan divarın əvəz edilməsinə
və proyektinə 646 milyon dollar dəyərində müqavilə əldə edib", - deyə məlumatda bildirilir.

 

Tikinti işlərinin 31 yanvar 2020-ci il tarixinədək başa çatacağı gözlənilir.

 

Bundan əlavə, Kaliforniya və Arizonada sərhədin digər iki hissəsində avtomobil və piyadalar üçün yeni hasarların tikintisiylə bağlı BFBC şirkətiylə də 141 milyon dollarlıq müqavilə bağlanıb.

 

Xatırladaq ki, aprelin ortalarınnda Pentaqon Meksikayla sərhəddə divarın tikintisi üçün iki şirkətlə müqavilə imzalanmışdı.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system