“Pensiyanı 10 gün gecikdirməklə bank 1 milyon qazanır” - Şok detallar

Oxundu: 1366
“Pensiyanı 10 gün gecikdirməklə bank 1 milyon qazanır” - Şok detallar

Hər ayın 10-dək ödənilən pensiyaların yanvar ayında gecikdirilməsi adət halını alıb. Dünən, yanvarın 14-də iş günü başa çatsa da təqaüdçülərün pulları köçürülməyib. Bu işə məsul olan dövlət orqanları təqaüdçülərin əksəriyyətinin aylıq 200-250 manatla dolandığını anlasalar da hər yanvar ayında belə gecikmələr qaçınılmaz olur.

 

Halbuki dövlət başçısı qarşısında “leksiya” oxuyan Maliyyə naziri Samir Şərifov bütün sosial ödənişlərin vaxtında tam icra edildiyini bildirmişdi. Dövlət başçısına bu yalan nə məqsədlə deyilir? Bəlkə bir nazir üçün pensiyanın 5 gün gecikməsi xırda məslədir, amma təkrar edirəm ki, bir aylıq dolanışıq üçün gözünü n200 manata dikən adama bu gecikmə fəlakət qədər ağırdır. Düzdür bu gün artıq pensiyaların köçürülməsinə başlanılıb. Lakin bu gecikidirilmənin səbəblərinin yanvar ayının 1-i ilə əlaqələndirmək nə dərəcədə doğrudur. Bu sahədə məşğul olan minlərlə işçi öncədən bilir ki, dekabr ayından sonra yanvar gələcək, il dəyişəcək. İşlərini öncədən planlaşdıra bilməzlərimi?

 

Əldə etdiyimiz məlumata görə, Bakı, Sumqayıt və Abşeron rayonları üzrə adətən cari ayın ilk ongünlüyündə təmin edilir. Digər rayon və şəhərlərin maliyələşdirilməsi isə həmin ayın ikinci ongünlüyünə təsadüf edir. Mənim də yaxınlarım təqaüdçüdür, bu mövzu ilə bağlı maraqlanmışam. Gecikmənin Maliyyə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Yəni xəzinədə maliyyə problemi yoxdur. Məsələ belədir, DSMF qeyd edilən nazirliyəbizə sifarişləri təqdim edir və bundan sonra dərhal maliyyələşmə aparılır. Maliyyə Nazirliyi bu günlıərdə Bakı, Sumqayıt Abşeron üzrə maliyyələşməni tam təmin edib, pensiyaların hansı səbəbdən gecikməsində prosesin digər iştirakçıları məsuliyyət daşıyır. Respublikanın şəhər və rayonlarına gəlincə, bu proses qrafiklə aparılır. Sifariş verilməlidir ki, maliyyələşmə buna uyğun aparılsın.

 

Ramil Abbasov Ramil Abbasov

 

İslaminSesi bildirir ki, iqtisadçı Ramil Abbasov Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, 10 gün gecikən pensiyaya görə bank 1 milyon manat qazanc əldə edir.

 

“ Pensiyanın 10 gün gecikdirilməsinə görə təkcə bank təqribən 1 milyon manat qazanc əldə edir. Hələ bu əmənat faizi ilə hesablamadır. Kredit faizi ilə hesablasaq, bu rəqəm ən azı ikiyə vurulur. Baxın, aylıq pensiya ödənişi 300 mln edir. Əmanət faizini 10% götürüb hesablama aparsaq, 300 mln*10%=30 ml. (30 mln:360)*10 günə təqribən 834 min edir”,- deyə o bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system