NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:34
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Penitensiar Xidmət əməkdaşları Bakıda məhbusun gizlətdiyi silahları aşkarladı

Oxundu: 314
Penitensiar Xidmət əməkdaşları Bakıda məhbusun gizlətdiyi silahları aşkarladı

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

"İslaminSesi.info"-nın   verdiyi məlumata görə, Penitensiar Xidmətin və 16 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu RPİ-nin 15- ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 221.3, 228.2.1, 66.2 və 67.1-ci maddələri ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Bodurov Vüqar Nizaməddin oğlunun həbs edilməmişdən əvvəl Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş 3-17 modelli, tək lüləli, 16 kalibrli tüfəng və nömrəsi oxunmayan tapança tipli silah aşkar edilərək götürülüb.

 

Fakt üzrə Bakı şəhəri Sabunçu RPİ-nin 15- ci polis bölməsi tərəfindən araşdırma aparılır.milli

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system