NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Paşinyanın arzuları – Ermənistan neft-qaz kəmərləri üçün cəlbedici deyil

Oxundu: 1293
Paşinyanın arzuları – Ermənistan neft-qaz kəmərləri üçün cəlbedici deyil

Vüqar Bayramov: “Düşmən ölkənin rəhbərliyi qəbul etməlidir ki, regionda mövqelərinin güclənməsi, ölkənin iqtisadi baxımdan canlanması işğalçılq siyasətinə son qoymaqdan keçir”

 

Ermənistan öz ərazisindən Rusiya və eləcə də digər ölkələrin tranzit qaz-boru kəmərlərinin keçməsini istəyir.

 

Ölkənin baş naziri Nikol Paşinyan bu günlərdə verdiyi müsahibədə qaz, yaxud neft nəql edəcək bir tranzit boru kəmərinin Ermənistanda inşa olunmasında maraqlı olduğunu bildirib.  

 

Lakin hazırkı şəraitdə bu istəyin reallaşdırılması mümkünsüz görünür. Çünki işğalçı ölkə siyasi, iqtisadi, hərbi və təhlükəsizlik baxımından Rusiyadan asılı vəziyyətdədir. Və bu asılılıq hər keçən gün Ermənistanın əleyhinə artır.

 

Bəs ölkəsindən tranzit qaz, neft kəmərinin keçməsində maraqlı olduğunu bidırən Paşinyan bununla enerji baxımından Rusiyanın asılılığından qurtarmağa çalışır, yoxsa nə qədər qəribə olsa da Azərbaycanla hər hansı şəkildə əlaqələr qurmağa cəhd göstərir? Ümumiyyətlə Ermənistandan hansısa qaz və ya neft kəmərinin keçə biləcəyi mümkündürmü?

 

"İslaminSəsi"-nin suallarına aydınlıq gətirən tanınmış iqtisadçı Vüqar Bayramov bildirdi ki, Ermənistanın baş naziri Paşinyanın ölkəsinin ərazisindən tranzit qaz-neft kəmərlərinin keçməsində maraqlı olması qəribə deyil. Cünki Ermənistan rəhbərliyi bununla öz ölkəsinin regiondakı mövqeyini müəyyən dərəcə gücləndirməyə və bir növ enerji asılılığını azaltmağa çalışır: “Amma indiki şərtlər daxilində hətta Rusiyanın neft-qaz kəmərlərinin Ermənistandan keçməsi inandırıcı görünmür. Sözsüz ki, Ermənistan işğalçılıq siyasətini davam etdirəcəyi halda həm nəqliyyat dəhlizlərinin, həm də enerji kəmərlərinin onun ərazisindən keçməsi mümkünsüzdür. Azərbaycanın işağl olunmuş ərazilərlə bağlı dəyişməz mövqeyi var və bu mövqe erməni ictimaiyyətinin də diqqətinə çatdırılıb.

 

Təbii ki, Azərbaycan bu istiqamətdə o zaman Ermənistanla əməkdaşılıq edərdi ki, bu ölkə işğal etdiyi torpaqları geri qaytarsın. Hətta siyasi hakimiyyətin dəyişməsi belə Ermənistanın işğalçılıq siyasətinə son qoyması üçün yetəli olmadı. Düşünürəm ki, Ermənistan rəhbərliyi qəbul etməlidir ki, regionda mövqelərinin güclənməsi, ölkənin iqtisadi baxımdan canlanması işğalçılq siyasətinə son qoymaqdan keçir. Məhz bu amilə görə, daha dəqiq desək, Ermənistanın mövcud işğalçııq siyasətinin davam etməsi onu sözügedən neft kəmərləri üçün cəlbedici etmir və yaxın zamanlarda da etməyəcək. Yəni bu məsələnin yaxın dövrlərdə reallaşması mümkünsüzdür".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system