Paşinyana qarşı “nazirlər qiyamı”

Oxundu: 266
Paşinyana qarşı “nazirlər qiyamı”

Ermənistanda yüksəkvəzifəli məmurlar istefası davam edəcək.

İslaminSesi Virtualaz.org-a istinadla bildirir ki, bu iddia ilə “Joxovurd” qəzeti çıxış edib. Məlumata görə, yaxın zamanlarda Baş nazirin müavini Mqer Qriqoryan, Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Müdafiə naziri David Tonoyan istefaya göndəriləcək. Öz istəyi ilə postlarını Fövqəladə Hallar naziri Feliks Çolakyan, Təbii Sərvətlər naziri Erik Qriqoryanın da tərk edəcəyi vurğulanıb.


N.Paşinyanın həmçinin ABŞ-dan geri döndükdən sonra Səhiyyə naziri Arsen Toroyan , Əmək və Sosial Məsələlər naziri Zarui Batoyanı istefaya göndərəcəyi açıqlanıb.


Baş nazirin parlamentdəki tərəfdarları arasında da dəyişikliklərin olacağı vurğulanıb. Belə ki, vitse-spiker Lena Nazaryanın öz səlahiyyətlərindən imtina edəcəyi, eləcə də Mikael Zolyanın “Mənim Addımım” Blokundan çıxacağı və onun parlamentdə yeni qrup formalaşdıracağı qeyd edilib.


Xatırladaq ki, bundan əvvəl MTX direktoru Artur Vanetsyan, eləcə də Ermənistan polisinin rəhbəri Valeri Osipyan istefa veriblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system