NAMAZ VAXTLARI:
  • FƏCR 04:58
  • GÜN 06:20
  • ZÖHR 12:36
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Paşinyan bizi daha necə başa salmalıdır ki, sülh danışıqlarından əl çəkək?” – İlqar Əli

Oxundu: 384
“Paşinyan bizi daha necə başa salmalıdır ki, sülh danışıqlarından əl çəkək?” – İlqar Əli

“Fransa parlament üzvlərinin işğal altındakı torpaqlarımıza qanunsuz səfəri Azərbaycan dövlətinə və onun xalqına təhqirdir”

Xəbər verildiyi kimi, Qarabağ probleminin nizamlnmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransa parlamentinin üzvləri növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımıza ayaq basıb. Rusiya mediasının yaydığı məlumata görə, fransız parlamentariləri Xankəndinin girişində qondarma separatçı rejimin qanunsuz və saxta “parlamenti”nin sədr müavini Vaqram Balayan qarşılayıb.

 

Bəli, bu həmin Fransadır ki, onun Minsk Qrupunda təmsil olunan keçmiş həmsədrlərdən biri hələ illər öncə Xankəndində səfərdə olarkən “biz Stepanakertə (oxu: Xankəndi - red) təkcə tut arağı içmək deyil, həm də problemin həllini çözmək üçün gəlirik” – deyə bəyanat vermişdi. Həm də elə ermənilərin araq çəlləyinin içindəcə. Və işlətdiyi ifadədən də göründüyü kimi, lənətlik həmsədr prioriteti münaqişənin həllinə deyil, tut arağına verirdi. Ona görə bu ölkənin parlamentarilərinin separatçı qurumun rəhbərliyi ilə görüşünə təəccüblənməmək də olar. Təəccüb ediləsi nəsə varsa bizim özümüzün 30 illik problemə biganə yanaşmağımızdır.

   

Məsələ ilə bağlı İslaminSesi-nə açıqlama verən Məcburi köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, siyasi şərhçi İlqar Əli hesab edir ki,

Fransa parlament üzvlərinin işğal altındakı torpaqlarımıza qanunsuz səfəri Azərbaycan dövlətinə və onun xalqına təhqirdir: “Nəzərə alsaq ki, Fransa Minsk Qrupunun həmsədr ölkələrindən biridir, bu da o anlama gəlir ki bunların məqsədi Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaqdır. Deməli, Azərbaycan bundan bir nəticə çıxaıb dərhal həmin qurumun fəaliyyətindən imtina etməlidir. Əks halda torpaqlarımızın de-fakto itirilməsi təhlükəsi ilə üzləşəcəyik”.

 

Artıq hər şeyin göz qabağında olduğunu deyən İ.Əlinin fikrincə, Azərbaycan Xarici İşlər Nazirliyinin bu günə qədər yarıtmaz siyasəti danılmaz faktır: “Bütün bu olanların hamısı boşa verdiyimiz vaxt itkisinin nəticəsidir ki, nəinki Fransa, həmçinin digər ölkələrin nümayəndələri də çox sərbəst şəkildə sərhədlərimizi pozaraq qanunsuz yolla işğal altındakı torpaqlarımıza səfər edirlər. Azərbaycan hakimiyyəti dərhal nəticə çıxarmalıdır”.

 

Müsahibimiz bu günə qədər müharibə yolu ilə alınan torpaqların heç vaxt sülh yolu ilə, danışıqlar vasitəsilə geri qaytarılmadığını da xatırlatdı: “Biz bu günə qədər özümüzü aldatmaqdan başqa bir iş görməmişik. Nəyi gözləyirik? Gözləyirik ki, kimsə bizə torpaq alıb verəcək? Bu qədər olanlar bəs etmədimi ki, Azərbaycan höküməti bir qərara gəlsin? Xankəndində olarkən “Qarabağ yoxdur, bura Ermənistndır” deyən Paşinyan daha bizi necə başa salmalıdır ki, sülh danışıqlarından əl çəkək? Adam açıq şəkildə deyir ki, bacarırsansa gəl torpaqlarını azad et. Xalqımız qadınlı-kişili müharibəyə hazırdır. Bircə o qalır ki, hakimiyyət siyasi iradə nümayiş etdirib müharibə qərarını versin”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system