NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 281
Parkomatların BNA-ya verilməsi bu sahədə dəyişikliyə səbəb olacaq - Ekspert

Parkomatların BNA-ya verilməsi bu sahədə dəyişikliyə səbəb olacaq - Ekspert

Bakıda avtomobil yollarının kənarlarında quraşdırılan parkomatların idarəetməsinin Bakı Nəqliyyat Agentliyinə verilməsi bu prosesdə xeyli müsbət dəyişikliklərə gətirib çıxara bilər.

"İslaminSesi.info" bildirir ki, bu barədə Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

 

Ə.Hüseynovun sözlərinə görə, indiyə qədər bu prosesdə qarışıqlıq var idi: "Bu vaxta qədər avtobus zolağının çəkilməsi Bakı Nəqliyyat Agentliyinin, parkomatların quraşdırılması isə Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil idi. Bu da bir sıra hallarda ona gətirib çıxarırdı ki, avtobus zolaqlarında parkomatlar quraşdırılırdı. Nəticədə isə nəqliyyatın hərəkətində qarışıqlıq yaranırdı. Amma parkomatlarla bağlı səlahiyyətin Bakı Nəqliyyat Agentliyinə verilməsindən sonra belə hallar olmayacaq. Bundan sonra prosesdə real nəticələri görmək olar".

 

Qeyd edək ki, bu il aprel ayının 2-də Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

 

Fərmana görə, “Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

 

Nizamnaməyə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərinin Agentliyin idarəetməsinə verilməsini iki ay müddətində təmin etməli və həmin fəaliyyəti tənzimləyən analoji qurumlarının (struktur bölmələrinin, ştatlarının) ləğv edilməsi üçün tədbirlər görməlidir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system