NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Parisdə Səudiyyə kralının qızının məhkəməsi olacaq

Oxundu: 379
Parisdə Səudiyyə kralının qızının məhkəməsi olacaq

Səudiyyə kralı Salman bin Əbdul-Əzizin qızı, vəliəhd Məhəmməd bin Salmanın bacısı olan Hassa binti (qızı) Salmanın Fransada məhkəməsi başlayacaq.

  

“İslaminSesi” doualiya.com-a istinadən xəbər verir ki, Hassa binti Salman sabah, iyulun 9-da Parisdə məhkəmədə ittiham olunacaq.

 

Kralın qızı bir neçə maddə ilə ittiham olunur, xüsusən də işçilərə qarşı təzyiq və şiddət, oğurluq, bir şəxsin həbsə salınmasına səbəbkar olmaq kimi maddələrlə ittiham olunacaq.

 

“Kralıça” Farisdəki evində bir ustanı döydürmək və otağa salıb həbs etməkdə günahlandırılır. Hadisə 2015-ci ildə Farisdə baş verib. Evində işləmək üçün gələn ustaların evin şəklini çəkdiyini görən Hassa, ustanın əlindən telefonunu alıb sındırıb, özünü döydürüb, ayağından öpməyə məcbur edib və “bu iti öldürün, o yaşamağa layiq ediyl” deyə göstəriş verib.

 

Şahzadə xanım isə deyilənləri təkzib edir, lakin ustanın şəkil çəkmə cəhdini, telefonunun əlindən alındığını təsdiq edir.

 

Vəkil şahzadənin məhkəmədə əyani iştirak etməyəcəyini bildirib. Çünki Səudiyyə qanunlarına görə xanım şahzadənin məhkəmə mediası qarşısına çıxması hörmətsizlikdir.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system