NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Parisdə “sarı jiletlilər” etiraz aksiyası keçirir

Oxundu: 140
Parisdə “sarı jiletlilər” etiraz aksiyası keçirir

Fransanın paytaxtı Parisdə İqtisadiyyat Nazirliyinin binası yaxınlığında “sarı jiletlilər”in etiraz aksiyası başlayıb.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçılarından biri “Notr Dam de Pari üçün milyonlar, bəs kasıblar?” şüarı tutub.

 

Hakimiyyət Yelisey çölü prospektində, Parisin Müqəddəs Ana kilsəsinin yerləşdiyi rayonda etiraz aksiyasının keçirilməsinə növbəti dəfə icazə verməyib.

 

Qeyd edək ki, “sarı jiletlilər” 23-cü həftədir küçələrdə aksiya keçirirlər.

 

“Milyarderlər kilsəsinin bərpasına milyard avro tapır, ancaq 140 min evsiz-eşiksiz barədə heç kim düşünmür”, - deyə yürüş iştirakçılarından biri “Facebook” -da yazıb.

 

Fransanın daxili işlər naziri Kristofer Kastanerin  sözlərinə əsasən, yürüşün təhlükəsizliyini 60 min polis əməkdaşı təmin edəcək.

 

Xatırladaq ki, “sarı jiletlilər” 17 noyabr 2018-ci il tarixindən Fransada 2019-cu il yanvarın 1-dən benzinə tətbiq edilən vergini 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı etiraz aksiyası keçirir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system