NAMAZ VAXTLARI:
  • FƏCR 05:26
  • GÜN 06:47
  • ZÖHR 12:49
  • ŞAM 19:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Parisdə etirazçılar banklara və kafelərə hücum edir

Oxundu: 151
Parisdə etirazçılar banklara və kafelərə hücum edir

Parisdə "sarı jiletlər"in keçirdiyi etiraz aksiyası banklara, kafelərə və restoranlara hücumlarla müşaiyət olunur.

 

“İslaminSesi” - Xarici KİV-lərə istinadən verilən məlumata əsasən, Yelisey çöllərindən ölkə Senatına gedən yolun ortasında etirazçılar bank filiallarına hücum edib. Böyük sığorta şirkətlərindən birinin ofisi isə tamamilə dağıdılıb. Bundan başqa bir çox şirkətin ofisləri və nümayəndəlikləri də zərər çəkib.

 

Qeyd olunur ki, Vojirar küçəsində etirazçılar polis avtomobillərini daşlayıb. Mediçi küçəsində də "sarı jiletlər" bir sıra kafe və restoranlara hücum edib. Polis etirazçıların qarşısını almaq üçün onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.(Trend)

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system