Palataya qarşı növbəti ittiham - Günahkar kimdir?

Oxundu: 57
Palataya qarşı növbəti ittiham - Günahkar kimdir?

Samir Əliyev: "Üçtərəfli müzakirə vasitəsilə problemləri ortaya çıxarıb onu aradan qaldırmaq olar"

"Banklarda hesab üzrə əməliyyatlarda köhnə problemlər hələ də qalmaqdadır. Bu problemlər özünü məhdudlaşdırmalarda (hesabdan hesaba, kartda-karta və s.), ehtiyac olmadığı halda vergiyə cəlb edilmələrdə (məsələn, 1%-lik vergi) özünü göstərir".


İslaminSesi xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib.


İqtisadçının sözlərinə görə, banklara şikayət edəndə səbəbkar kimi Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Vergilər Nazirliyini (o cümlədən Maliyyə Monitorinq Xidməti) göstərirlər: "Adı çəkilən qurumlardan soruşanda isə belə bir göstəriş və ya tövsiyə vermədiklərini əsas gətirərək bu halları bankların öz təşəbbüsü adlandırırlar. Bu halda kimin haqlı olduğu müəyyən etmək mümkün olmur, nəticədə müştərilər əziyyət çəkirlər".


S.Əliyevin fikrincə, ictimai müzakirənin (dəyirmi masa) keçirilməsi məqsədəuyğun olardı: "Tədbirdə bir tərəfdə MBNP və Vergilər Nazirliyi, digər tərəfdə Azərbaycan Banklar Assosiasiyası və banklar, üçüncü tərəfdə isə Sahibkarlar Konfederasiyası və sahibkarlar, müstəqil ekspertlər iştirak etməlidir. Üçtərəfli müzakirə vasitəsilə problemləri ortaya çıxarıb onu aradan qaldırmaq olar".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system