Pakistanlı nazir Ruhani ilə görüşdü: "Torpaqlarımız müharibə üçün istifadə edilməyəcək”

Oxundu: 55
Pakistanlı nazir Ruhani ilə görüşdü:

Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureşi İrana səfər edib.

İslaminSesi xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində məlumat verilib.

 

Şah Mahmud Qureşi İrana səfəri çərçivəsində Prezident Həsən Ruhani və iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.


Pakistan XİN başçısı Həsən Ruhani ilə görüşünü konstruktiv və müsbət adlandırıb.


“Biz regional təhlükəsizliyə nail olmaq üçün bütün diplomatik səyləri göstərməyə qərarlıyıq və Pakistan torpaqları müharibə üçün istifadə edilməyəcək”, - deyə Ş.M. Qureşi qeyd edib.


İran və Pakistanın Xarici İşlər nazirləri iki ölkə arasında qarşılıqlı əlaqələri, o cümlədən regionda son vəziyyəti müzakirə ediblər.


Qeyd edək ki, bir neçə gün öncə Pakistanın Baş Naziri İmran Xan ölkəsinin ABŞ və İran arasında dialoqun yaradılması üçün vasitəçi olmağa hazır olduğunu bəyan edərək Xarici İşlər nazirinin İrana və ABŞ-a səfəri ilə bağlı göstəriş verdiyini bildirib. (APA)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system