NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Pakistanla sərhəddə girov götürülmüş 11 iranlı sərhədçidən beşi azad edildi

Oxundu: 100
Pakistanla sərhəddə girov götürülmüş 11 iranlı sərhədçidən beşi azad edildi

Sistan-Bəlucistan bölgəsində mühafizə xidmətini yerinə yetirərkən girov götürülərək Pakistan ərazisinə aparılmış 11 sərhədçidən 5-i dünən azad edilərək İrana qaytarılıb.

"İslaminSesi" - Bu barədə İran İslam İnqilabı Keşikçləri Korpusunun generalı Əli Cəfəri məlumat verib. Onun sözlərinə görə, girov götürülən sərhədçilərdən 5-i Pakistan tərəfi ilə aparılan danışıqlar və həyata keçirilən əməliyyatlar nəticəsində sərbəst buraxılıb. General qeyd edib ki, girovluqda qalan digər 6 sərhədçinin də azad edilməsi üçün tədbirlər görülür.

 

Xatırladaq ki, oktyabrın 15-də İranın Pakistan ilə sərhədində yerləşən Sistan-Bəlucistan bölgəsində 11 sərhədçi naməlum silahlılar tərəfindən girov götürülərək Pakistan ərazisinə aparılmışdı. İran mətbuatının yazdığına görə, sərhədçiləri “Ceyşul-Ədl” adlı terror qruplaşması girov götürüb.

 /Virtualaz/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system