NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Pakistan, Əfqanıstan və İraqda olmuş Əl-Qaidənin təhlükəli komandiri Suriyada öldürülüb

Oxundu: 287
Pakistan, Əfqanıstan və İraqda olmuş Əl-Qaidənin təhlükəli komandiri Suriyada öldürülüb

Əl-Qaidənin tanınmış komandiri Əbu-Hamza əl-Misri ləqəbli Məhəmməd Abbas Suriyanın Həma əyalətində Suriya Ordusunun atəşi nəticəsində məhv edilib.

İslaminSesi.info bu barədə Suriya İnsan Hüquqları Müşahidə Qrupuna istinadla xəbər verir.

 

Əbu-Həmzə əl-Misri Misirdə hüquq fakultəsini bitirib. O 90-cı illərdə Pakistan və Əfqanıstana yollanıb və əl-Qaidənin sıralarında fəal olub.

 

2000-ci illərdə İraqda, son altı ildə isə Suriyada hökumət ordusuna qarşı döyüşüb.

 

əl-Qaidənin Suriya qolu ən-Nusra Cəbhəsi tərkibində komandir olub və Hələb döyüşlərində bir ayağını itirib. O 17 yanvarda Həma əyalətində gedən döyüşlər zamanı məhv edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system