NAMAZ VAXTLARI:
  • FƏCR 06:00
  • GÜN 07:23
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Öz eşqini ağlayaraq dilə gətirən 11 yaşlı İmam Hüseyn (ə) aşiqi - Video

Oxundu: 709

"

11 yaşlı Əmir Hüseyn öz eşqini göz yaşları ilə dilə gətirdi.

İslaminSesi - İranın cənub bölgəsi olan Xuzistan əyalətində 11 yaşlı bir oğlan Ərbəin zəvvarlarına xidmət üçün su paylayır. Yaşının azlığına baxmayaraq etdiyi fədakarlıq müxbirin gözündən yayınmır. Müxbir uşağa yaxınlaşıb salam verir və bəzi suallar soruşur:

 

-Yolda oturmaq səni yormurmu?

-Xeyir. Niyyətim yalnız xidmətdir. Əsla yorulmuram.

 

-Neçə yaşın var?

-11 yaşım var.

 

-Adın nədir?

- Əmir Hüseyn.

 

-Bu xidməti nə üçün edirsən?

-İxlasla mütəvaze şəkildə etdiyim bu əməldə istədiyim tək şey odur ki, mənim də adım İmam hüseyn (ə) xidmətçiləri sırasına yazılsın.

Qəlbim çox kədərlidir. Çünki həyatımda cəmi bir dəfə İmam Hüseynin zərihini (ə) ziyarət etmişəm. Həyatımda cəmi bir dəfə...

Yalnız bir dəfə də İmam Əlinin (ə) zərihin ziyarət etmişəm. Həm də mehrabın ziyarət etmişəm.

Cəmi bir dəfə... İkinci dəfə gedə bilməmişəm...

Bu il də gedə bilmədim ziyarətə...(ağlayır...) Ya Əba Əbdullah...

Neçə ildir İmamın (ə) zəvvarlarına xidmət edirəm bəlkə İmamım məni bir daha dəvət etdi...

Fəqət bir gün olsa belə mənə nəsib olsun ziyarət etmək...

 

- İmam Hüseyndən (ə) nə istəyirsən?

- İmamdan (ə) istəyirəm ki, Kərbəlada o Həzrəti ziyarət edim.

Əgər mənə deyilsə ki, ömründən bir gün qalıb özümü atəşə atmalı olsamda özümü Kərbəlaya çatdıracam. Özümü İmamın (ə), Mövlamın ziyarətinə yetirəcəm.

Mən həm də Əhli-Beyt (ə) şairiyəm... (şer söyləyir)

 

(Alkawthartv)

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system