Ötən ilin qəza statistikası: 821 ölü, 1702 yaralı

Oxundu: 48
Ötən ilin qəza statistikası: 821 ölü, 1702 yaralı

Ötən il respublikanın avtomobil yollarında 1870 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

 

Qeyd olunub ki, hadisələrin sayı 2018-ci illə müqayisədə 2,9 faiz çox olub. Bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 3,7 faiz artaraq 2 523 nəfər olub. Onlardan 821-i həlak olub, 1702-si isə yaralanıb.


Hadisələrin 44,9 faizi gündüz, 35,5 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.


Yol-nəqliyyat hadisələrinin 87,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2018-ci ilə nisbətən 1,4 faiz artaraq 564 nəfər, yaralananların sayı 0,2 faiz artaraq 1631 nəfər olub.


Bütün yol-nəqliyyat hadisələrinin 43,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,7 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.


Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,6 faizini, yaralananların isə 72,9 faizini kişilər təşkil edib./azvision.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system