Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub

Oxundu: 51
Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub

Getdikcə daha çox vərəm xəstəsi müalicə alır, daha az insan bu xəstəliyə tutulur, bu xəstəliklə bağlı ölüm halları da azalır. Lakin bu nailiyyətlər yoxsul ölkələrin sakinlərinə, həmçinin cəmiyyətdən kənarda qalanlara aid edilməyib. Vərəmin dərmanlara dayanıqlı olan növlərinin miqyası azalmır.

 

İslaminSesi Modern.az - a istinadən  xəbər verir ki, bunlar Dünya Səhiyyə Təşkilatının (DST) yeni məruzəsinin əsas nəticələridir.

Tədqiqata görə, 2018-ci ildə qlobal miqyasda 7 milyon insan vərəmdən müalicə alıb. Əvvəlki ildə bu göstərici 6,4 milyon olub. Ölüm halları da azalıb – 2017-ci ildəki 1,6 milyon ölüm hallarının sayı 2018-ci ildə 1,5 milyona düşüb.

DST-nin baş direktoru Tedros Hebreyesus məruzəni təqdim edərək deyib: “Bu gün biz birinci mühüm mərhələni keçdik. Bu, onu sübut edir ki, biz birləşərək qarşıya qoyulan məqsədlərə nail ola bilərik”. Onun sözlərinə görə, əvvəllər buna imkanı olmayan xəstələrin çoxu indi müayinə və müalicə olunmaq imkanı əldə edəcək.

Bununla yanaşı, vəziyyət o qədər də ürəkaçan deyil: 2018-ci ildə 10 milyona yaxın insan vərəmə tutulub. Bununla belə, təqribən 3 milyon vərəm xəstəsi zəruri müalicə və xidmət almır. Böyük ehtimalla bu, səhiyyə sisteminin zəifliyi və tibbin bahalığı ilə bağlıdır. Vərəmin daha yüksək səviyyədə olduğu ölkələrdə əhalinin 80 faizi öz gəlirinin beşdəbir hissəsini bu xəstəliyin müalicəsinə xərcləyir. DST-də müntəzəm şəkildə hökumətləri ümumi tibbi xidmətin təminatına çağırırlar.

BMT-nin sentyabr ayında keçirilən sammitində dövlət və hökumət başçıları qəbul etdikləri siyasi bəyannamədə vətəndaşların tibbə əlçatanlığını genişləndirməyin zəruriliyini və vərəm, İİV, malyariya kimi yoluxucu xəstəliklərə xüsusi diqqət ayırmağı vurğulayırlar.

Vərəmin aradan qaldırılması yolunda ciddi maneələrdən biri onun rezistent növlərinin yayılmasıdır. Təkcə 2018-ci ildə dərmana davamlı vərəm növlərinə yarım milyon yoluxma halı qeydə alınıb. Belə ki, bu xəstələrin yalnız üçdəbiri müalicə alıb. DST cari ilin martında dərmana dayanıqlı vərəmin genişlənməsinin azaldılmasına yönələn bir sıra tövsiyələr yayıb.

Eyni zamanda, bu xəstəliklə daimi mübarizə aparmağa vəsait çatmır. DST-nin dəyərləndirməsinə görə, vərəmin profilaktikası və müalicəsinin maliyyə defisiti bu il 3,3 milyard dollar təşkil edəcək.

Orta və aşağı gəlirə malik ölkələrin xüsusilə ehtiyacı olduğu beynəlxalq yardım 0,9 milyard dolları ötmür. Bu vəsaitin 73 faizini İİV/QİÇS, vərəm və malyariyaya qarşı qlobal mübarizə fondu tərəfindən təqdim olunur. Beynəlxalq maliyyələşmənin yarısı qlobal fonda üzvlük haqqı daxil olmaqla, ABŞ tərəfindən verilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system