NAMAZ VAXTLARI:
  • FƏCR 04:25
  • GÜN 05:54
  • ZÖHR 12:45
  • ŞAM 19:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 386
Ötən il müharibələrdə 250 min uşaqdan əsgər kimi istismar edilib - UNICEF

Ötən il müharibələrdə 250 min uşaqdan əsgər kimi istismar edilib - UNICEF

İslaminSesi.info Rasthaber-ə istinadla verdiyi məlumata görə, BMT-nin Uşaq Fondu (UNICEF) ötən il dünyada baş verən toqquşmalarda 250 min uşaqdan əsgər kimi istifadə edildiyini açıqlayıb.

Bu barədə təşkilatın Uşaqların Döyüşlərdə İstifadə Edilməsinə Qarşı Dünya Günü münasibətilə yayımladığı bəyanatda deyilir. 

 

"Uşaqların Döyüşlərdə İstifadə Edilməsinə Qarşı Dünya Günündə, xüsusilə Afrika ölkələri olmaqla bir çox dünya ölkəsinin bu problemlə qarşı-qarşıya olduğunu qeyd etmək lazımdır. Belə ki, dünyadakı uşaq əsgərlərin üçdə biri Afrikadadır. Dörd ildən çox müddətdir ki, daxili müharibə yaşayan Sudan da bu məsələ ilə bütün ölkələrdən daha çox üz-üzədir".

Qeyd edək ki, UNICEF-in 2016-ci il hesabatlarına görə, dünyada 250 min uşaq əsgər var və bunların üçdə biri Afrikadadır. Bu uşaq əsgərlər 20 dünya ölkəsində döyüşməyə, casusluğa və kamikadzelik etməyə məcbur edilir və dövlətlərin nəzarətində olmayan Sudan Demokratik Ordusu və ya Boko Haram kimi qrupların üzvləri arasında yaşayır.

UNICEF təşkilatı uzun müddətdir ki, bu kimi istismarlara məruz qalan uşaqların xilas edilməsi üçün proqrama başlayıb. Keçən həftə Cənubi Sudanda BMT proqramının köməyilə əsgər kimi istismar edilən 300 uşaq sərbəst buraxılıb. Bundan əlavə ümumilikdə 230 min uşağın öz inkişaf dövrlərini müharibə bölgələrində keçirdiyi güman edilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system