NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:35
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ötən il Azərbaycanın idxal etdiyi taxılın həcmi açıqlanıb

Oxundu: 330
Ötən il Azərbaycanın idxal etdiyi taxılın həcmi açıqlanıb

Ötən il Azərbaycan taxıl idxalına 227 mln. ABŞ dolları vəsait xərcləyib.

"İslaminSesi.info" "Report" -a  istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında bildirib.

 

Onun sözlərinə görə, taxılçılıqda nəzərəçarpan nəticələr əldə edilib: "Ötən il Azərbaycan 1,2 mln. ton taxıl idxal edib, halbuki 2016-cı ildə idxalın həcmi 1,6 mln. ton olub. İdxal olunan taxıl 1-ci, 3-cü sinif taxıldır".

 

H.Əsədov xaricdən müvafiq kombaynların alınacağını və bununla bağlı artıq müqavilələrin olduğunu da qeyd olub: "Kombaynların gətirilməsinə bu ilin aprel ayından başlanılacaq. Bu il, ümumilikdə, 190 ədəd kombaynın alınması nəzərdə tutulur".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system