NAMAZ VAXTLARI:
  • FƏCR 06:26
  • GÜN 07:53
  • ZÖHR 12:34
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Oxundu: 402
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Aprel ayının 13-dən 14-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

"İslaminSesi.info" bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 96 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə, ümumilikdə, 23 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə, 1 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system