Ordumuz əməliyyat təlimləri keçirir - FOTO - VİDEO
Oxundu: 60
15:23, 12.11.2019
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb.
İslaminSesi bildirir ki, Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, üç mərhələdə keçirilən təlimin əsas məqsədi şərti düşmənin təxribatlarının qarşısını almaqla hücum əməliyyatlarının aparılması zamanı qərargahların və qoşunların idarəetmə orqanlarının hazırlığının, eləcə də ümumqoşun birlikləri, HHQ, HDQ, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir.
Əməliyyat təlimində qoşunların, dayanıqlı, fasiləsiz, operativ və gizli idarəedilməsi, qərargahların səhra idarəetmə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi, videokonfranslar və fiberoptik kommunikasiya xətləri vasitəsi ilə sərəncam və əmrlərin taktiki və əməliyyat səviyyəsində sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların qəbul edilməsi üzrə vərdişlər məşq etdirilir.
DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Bakıda kişi mağazadan yağ oğurlayıb, azyaşlı uşaqlarına tərəf qaçıb, satıcı yaxalayıb... 22:08, 07.12.2019
-
Hövsan yolunda daha bir piyada ölümü - Video 21:42, 07.12.2019
-
Baş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR 21:10, 07.12.2019
-
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ 21:00, 07.12.2019
-
528 məhkum əfv olundu - FƏRMAN 20:28, 07.12.2019
-
Cinayət törədən 33 nəfər bir gündə tutulub 14:53, 07.12.2019
-
Yağış, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ 14:51, 07.12.2019
-
Gömrükçülər qaşıq, çəngəl dəstinin içindən görün nə tapıdı! - VİDEO 14:48, 07.12.2019
ŞƏRH YAZIN