NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 288
Ordu ilə Şərqi-Qutadakı qruplaşmalar arasında təxliyə razılaşması əldə edilib

Ordu ilə Şərqi-Qutadakı qruplaşmalar arasında təxliyə razılaşması əldə edilib

Razılaşmaya əsasən qruplaşmalar Suriya Ordusuna mənsub olan əsirləri azad edəcək və qarşılığında da ordu onların yaralılarının bölgədən çıxmasına və müalicə edilməsinə imkan verəcək.

İslaminSesi.info əl-Hədas telekanalına istinadla xəbər verir ki, bunu Şərqi-Qutada olan terrorçu “Ceyşul-İslam” qruplaşmasının lideri Məhəmməd Əlluş deyib.

 

Suriyadakı “Rusiya Sülh Mərkəzi” həm ötən gün və həm də bu gündə Şərqi-Qutadan onlarla mülki şəxsin təxliyə edildiyini və bu prosesin davam etdiyini bildirib.

 

Suriya Ordusu və Rusiya tərəfi bundan öncə qruplaşmaların ailələri ilə birgə bölgəni tərk etməsi haqda təklif vermişdilər. Lakin qruplaşmalar bunu rədd etmişdi.

 

Qeyd edək ki, Suriya Ordusu Şərqi-Qutada qruplaşmaların olduğu bölgələri (təqribən 60 kvadrat km ərazi) 3 hissəyə qayşılaya bilib. Bundan sonra qruplaşmaların müdafiə gücü ciddi şəkildə zəifləyib və onlar artıq Şərqi-Qutada müqavimət göstərə bilmir.

 

Məhz bu tendensiyadan sonra ABŞ, Fransa və Britaniya BMT Təhlükəsizlik Şurası və sair beynəlxalq dairələr çərçivəsində qruplaşmaları xilas etmək üçün hərəkətə keçməyə başlayıblar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system