Oqtay Gülalıyev Amerikan Xəstəxanasına köçürüldü

Oxundu: 88
Oqtay Gülalıyev Amerikan Xəstəxanasına köçürüldü

Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbul şəhərindəki Amerikan Xəstəxanasına köçürülüb.

 

İslaminSesi xəbər verir ki, bu barədə onun oğlu Təbriz Gülalıyev öz "Facebook” hesabında məlumat verib.
 
"Az öncə atam Oktay Gülalıyev İstanbulda yerləşən Amerikan Xəstəxanasına köçürüldü. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər”, - deyə o qeyd edib.
 
Xatırladaq ki, Oqtay Güləliyev oktyabrın 29-da yolu keçən zaman avtomobil tərəfindən vurulub. Vəkil Türkiyənin "Avrasiya” Klinikasında müalicə olunurdu. Daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. 
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system