NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:42
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 226
Onlarla suriyalı əsgərin cənazəsinin olduğu kütləvi məzarlıq tapılıb

Onlarla suriyalı əsgərin cənazəsinin olduğu kütləvi məzarlıq tapılıb

Suriyada ilkin hesablamalara görə 35 cənazənin olduğu kütləvi məzarlıq tapılıb.

İslaminSesi.info bu barədə Suriya mətbuatına istinadla xəbər verir.

 

Bildirilib ki, Suriyada İŞİD-dən geri alınan Rəqqa əyalətinin qərbində Rəmsan kəndi ərazisində onlarla hərbçi və mülki vətəndaşın cənazələrinin olduğu kütləvi məzarlıq tapılıb.

 

Tibbi araşdırmalardan sonra əldə edilib ki, cənazələrdən 34-ü vaxtilə İŞİD-ə əsir düşən suriyalı əsgərlərin cənazələridir. Onların cənazələri Hələbə aparılıb və tezliklə yaxınlarına təhvil veriləcək.

 

Ötən ilin son günlərində də Suriyanın Rəqqa əyalətinin cənub-şərqində əl-Vavi kəndi ərazisində təqribən 200 cənazənin olduğu iki kütləvi məzarlıq aşkar edilmişdi.

 

Onlar İŞİD tərəfindən edam edilənlərdir.

 

Rəqqa şəhəri kürd bölmələri tərəfindən İŞİD-dən alınıb. Əyalətin cənub və qərb hissəsi isə Suriya hökuməti ordusu tərəfindən azad edilib.

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system