Bu namizədlərin lider olduğu dairələrdən şikayətləri DSK-lar ARAŞDIRACAQ

Oxundu: 264
Bu namizədlərin lider olduğu dairələrdən şikayətləri DSK-lar ARAŞDIRACAQ

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 20-ə yaxın dairə üzrə daxil olmuş müraciətlərin baxılması üçün Dairə Seçki Komissiyalarına (DSK) göndərilməsi qərara alınıb.

Modern.az-ın məlumatına görə, bunlar 91, 81, 60, 95, 72 , 42, 125, 14, 15, 11, 79, 92, 10, 57, 45, 67, 109, 124, 18 saylı seçki dairələridir.

 

Prosedur qaydalarına görə, adıçəkilən dairələrdən MSK-ya daxil olmuş müraciətlər aidiyyəti üzrə araşdırılması üçün müvafiq DSK-lara göndərilib.

 

Qeyd edək ki, yuxarıda adı çəkilən dairələr üzrə 9 fevralda keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin nəticələrinə görə lider namizədlər aşağıdakılardır:

 

91 saylı Ucar seçki dairəsi - Ramil Həsən

81 saylı Beyləqan seçki dairəsi - Şahin İsmayılov

60 saylı Salyan-Neftçala seçki dairəsi - Fəzail Ağamalı

95 saylı Tərtər seçki dairəsi - Sahib Alıyev

72 saylı Yardımlı-Masallı seçki dairəsi - Musa Qasımlı

42 saylı Sumqayıt ikinci seçki dairəsi - Tahir Mirkişili

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi - İmamverdi İsmayılov

15 saylı Yasamal birinci seçki dairəsi - Ülvi Quliyev

14 saylı Xəzər seçki dairəsi - Soltan Məmmədov

11 saylı Qaradağ seçki dairəsi - Aydın Hüseynov

79 saylı İmişli seçki dairəsi - Razi Nurullayev

92 saylı Zərdab-Ucar seçki dairəsi - Jalə Əliyeva

10 saylı Binəqədi üçüncü seçki dairəsi - Madər Musayev

57 saylı Kürdəmir seçki dairəsi - Əminə Ağazadə

45 saylı Abşeron seçki dairəsi - Oqtay Əsədov

67 saylı Cəlilabad şəhər seçki dairəsi - Malik Həsənov

109 saylı Balakən seçki dairəsi - Nəsib Məhəməliyev

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi - Elman Məmmədov

18 saylı Nərimanov-Nizami seçki dairəsi - Rasim Musabəyov

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system