NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Onları Həccə buraxmaq lazım deyil” – Ali Şeyx fələstinliləri təhqir etdi

Oxundu: 457
“Onları Həccə buraxmaq lazım deyil” – Ali Şeyx fələstinliləri təhqir etdi

Səudiyyənin iqtisadiyyat naziri olmuş, nazirlən kabinetinin üzvü, kraliyyət ailəsinin üzvü Muhamməd Ali Şeyx gələn il üçün fələstinliləri Həcc ziyarətinə buraxılmaması ilə təhdid edib.

 

“İslaminSesi” xəbər verir ki, Ali Şeyx bunu özünün tvitter səhifəsində yazıb. O fələstinliləri Həcc dən məhrum etməyin münasibliyini açıqlayıb. Onun bu fikri geniş müzakirələrə səbəb olub.

 

Şeyx Muhəmməd “Fələstinlilər hər kəsə hörmətsizlik edirlər. İordaniya onlara qucaq açdı “qara sentyabr” baş verdi, Livan ev sahibliyi etdiyi vətəndaş müharibəsi baş verdi, Küveyt onları qonaq etdi Səddamın əsgərlərinə çevrildilər, indi platformalarını bizi təhqir etməyə çeviriblər. Onlar bilmirlər, onlar üçün İsrail ordusu daha uyğundur” deyə öz səhifəsində yazıb.

 

arabic.sputniknews-ın məlumatına görə digər bir yazıda Ali Şeyx fələstinliləri köpək deyə təhqir edib və onları Məkkəni yox, dövlətçilik həcci etdiklərini yazıb. Həmçinin onları Qətərə satılmağda ittiham edib.

 

Xatırladaq ki, builki Həcc mövsümündə fələstinlilər Minada “Ruhumuzla qanımızla sənə fəda ey Qüds” şüarı səsləndiriblər.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system