NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

On ölkə Zelenskini Ukrayna seçkilərində qələbəsinə görə təbrik etdi

Oxundu: 525
On ölkə Zelenskini Ukrayna seçkilərində qələbəsinə görə təbrik etdi

On ölkə nümayəndələri Vladimir Zelenskini Ukrayna prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

İslaminSesi-nin Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda TASS yazır.

 

Son məlumatda bildirilir ki, 81,80% protokollara MSK tərəfindən baxılıb. Nəticələrinə əsasən, Zelenskiy 73,12% səs toplayaraq, liderliyi qorumaqdadır. Daha dəqiq isə, Zelenskiyə 11,1 milyon adam səs verib, Poroşenkoya isə - 3,7 milyon.

 

Lakin Ukrayna MSK başçısının müavini Yevgeni Radçenkonun bildirdiyinə görə, prezident seçkilərinin ikinci turunun rəsmi nəticələri 30 aprel tarixində elan ediləcək.

 

Qeyd olunur ki, Zelenskini ilk təbrik edənlərdən biri ölkənin cari başçısı Pyotr Poroşenko olub. Həmçinin, namizədi artıq ABŞ prezidenti Donald Tramp, Britaniya XİN başçısı Ceremi Hant, Polşa prezidenti Ancey Duda, Kanada baş naziri Castin Trüdo təbrik ediblər.

 

Bundan başqa, Zelenskiyə Gürcüstan və Ermənistan baş nazirləri Mamuka Baxtadze və Nikol Paşinyan, Litva və Latviyanın XİN başçıları Linas Linkyaviçüs və Edqars Rinkeviçs, eləcə də İsveçin xarici işlər naziri Marqot Vallstrem və Avstriyanın kansleri Sebastyan Kurs öz təbriklərini bildirib.

 

Daha öncə verilən məlumata görə, ABŞ prezidenti Donald Tramp Vladimir Zelenski ilə telefon danışığı zamanı Ukrayna seçkilərini "tarixdə vacib an" adlandırıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system