NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

On il müddətində sərt qış olacaq, temperatur 8 dərəcə düşəcək... - dəhşətli xəbərdarlıq

Oxundu: 110
On il müddətində sərt qış olacaq, temperatur 8 dərəcə düşəcək... - dəhşətli xəbərdarlıq

Birləşmiş Ştatlar və Rusiya tərəfindən nüvə silahından istifadə bütün dünya üçün faciəvi nəticələrə gətirib çıxaracaq

ABŞ və Rusiya arasında tammiqyaslı nüvə müharibəsi təxminən on il müddətində sərt və soyuq qışın hücumuna gətirib çıxaracaq.
İslaminSesi. “Daily Mail” nəşri xəbər verir ki, belə nəticəyə Ratqersk Universitetinin (ABŞ, Nyu-Cersi ştatı) alimləri gəliblər.


Tədqiqata əsasən, nüvə silahının genişmiqyaslı tətbiqiylə yaranacaq yanğınlar atmosferə 147 milyon ton his atacaq. Böyük his kütləsi bir neçə həftə ərzində strasfer küləkləri ilə bütün Yer kürəsi üzrə yayılaraq Günəş işığının qabağını tutacaq. Ekspertlər proqnozlaşdırırlar ki, ki, his pərdəsinin gözəçarpacaq dərəcədə təmizlənməyə başlaması üçün təxminən yeddi il, Yer kürəsinin səthində işıq göstəricilərinin normal səviyyəyə qayıtması üçün isə daha üç il lazım olacaq.


Öz növbəsində, his pərdəsinin mövcudluğu temperaturun 8 dərəcə düşməsinə gətirib çıxaracaq. Tədqiqat göstərir ki, bu səviyyədə temperatur anomaliyası dörd il davam edəcək və müharibədən əvvəlki göstəricilərə tam qaytarılması üçün on ilə yaxın müddət lazım olacaq.
Tədqiqat bütovlükdə 2007-ci ildə Amerika Milli Kosmik Agentliyi (NASA) yanında Qoddard adına kosmik tədqiqatlar İnstitutu tərəfindən təqdim edilmiş tədqiqatın nəticələrini təkrarlayır.


“Birləşmiş Ştatlar və Rusiyanın arasında iri həcmli nüvə müharibəsini nüvə qışı izləyəcək. Tammiqyaslı nüvə hücumu, belə bir hücumu həyata keçirməyə qərar verən bir ölkə üçün intihar olardı. Birləşmiş Ştatlar və Rusiya tərəfindən nüvə silahından istifadə bütün dünya üçün faciəvi nəticələrə gətirib çıxaracaq. Nəticədə, nüvə silahına malik ölkələr nüvə arsenallarını ixtisarı etməli, bütün tərəflər mümkün silahsızlaşmaya getməlidir”, - alimlər yekunlaşdırıblar.
/Publika.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system