NAMAZ VAXTLARI:
  • FƏCR 03:40
  • GÜN 05:20
  • ZÖHR 12:37
  • ŞAM 20:14
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ömər əl-Bəşirin sərvətinə əl qoyulub – Sabiq prezident həbsxanada

Oxundu: 76
Ömər əl-Bəşirin sərvətinə əl qoyulub – Sabiq prezident həbsxanada

Sudanın sabiq prezidenti Ömər Əl-Bəşirin həbsdə olduğu bildirilib.

 

“İslaminSesi” xəbər verir ki, Sudan Hərbi Keçid Şurasının sədri Əbdul- Fəttah əl- Burhanın dövlət televiziyasında verdiyi məlumatına görə  devrilmiş lider Ömər Əl-Bəşir də daxil olmaqla rejimin aparıcı şəxsiyyətlərin hamısı həbs edilib və hazırda həbsxanadadırlar.

 

Qeyd edilən şəxslərin mallarına əl qoyulduğunu deyən Əbdul- Fəttah əl-Bürhan, Bəşirin iqamətgah kimi istifadə etdiyi rəsmi iqamətgahında 7 milyon avro, 350 min dollar və bir neçə milyard Sudan cüneyhi tapdıqlarını və məhbus şəxslərin xaricdəki hesablarında olan pulların ölkəyə geri qaytarılması məsələsini də təqib edəcəklərini bildirib.

 

Həmçinin Təhlükəsizlik və Kəşfiyyat orqanlarının araşdırılacağını deyən Əl-Bürhan, hər hansı bir cinayətə əli olanların cəzalandırılacaqlarını da bildirib.

 

Bununla yanaşı Əl-Bürhan əhalinin bu kimi məsələlərdə vətəndaşlara polis mərkəzlərinə və ya prokurorluğa müraciət etmə çağırışı edib.

(Shafaqna)

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system