Ömər əl-Bəşir həbs edildi, malı müsdrirə ediləcək

Oxundu: 111
Ömər əl-Bəşir həbs edildi, malı müsdrirə ediləcək

Sudan məhkəməsi bu gün devrilmiş sabiq prezidenti Ömər əl-Bəşirə hökm oxuyub.

 

İslaminSesi xarixi KİV-lərə istinadən xəbər verir ki, Sudan məhkəməs bu gün Ömər əl-Bəşirin 2 il müddətində azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

 

Sudan məhkəməsi Ömər əl-Bəşirin yaşının 70-i ötdüyü üçün bu qəraraə gəldiyini bildirib.

 

Sabiq prezident korrupsiyada ittiham olunub.

 

Məhkəmə həmçinin sabiq prezidentinin bütün malının müsadirə olunmasına da hökm verib.

 

Xatırladaq ki, Sudanda 1989-cu ildən hakimiyyətdə olan Ömər əl-Bəşir bu ilin aprelində etirazlar zamanı devrilərək Hərbi Keçid Şurası tərəfindən həbs edilib. O həbsdə olduğu müddətdə etiraf edib ki, Səudiyyə şahzadəsi Muhamməd bin Salmandan 25 milyon, həmçinin kral Salmanın özündəndən də külli miqdarda nağd pul alıb. Ömərin etirafına görə o Səudiyyədən ümumilikdə 90 milyon dollar alıb.

 

O, Birləşmiş Ərəb Əmirliklərindən də 1 milyon dollar aldığını da etiraf etmişdi.

 

Həmçinin devrildiyi zaman evindən 113 milyon dollar tapılmışdı.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system