Oman Sultanlığı Suriya dövlətinə və xalqına güvəndiyini bildirib

Oxundu: 86
Oman Sultanlığı Suriya dövlətinə və xalqına güvəndiyini bildirib

Suriyanın xarici işlər naziri Vəlid əl-Muəllim, Oman Sultanlığının xarici işlər naziri Yusif bin Ələvi ilə görüşüb.

 

İslaminSesi RT-ə istinadən xəbər verir ki, bir neçə gün öncə Omana səfər edən Vəlid əl-Muəllim, mərhun Sultan Qabusun ölümü ilə Omana başsağlığı verib, həmçinin Heysən bin Tariqi yeni sultan seçilməsi ilə əlaqədar təbrik edib.

 

O cümlədən nazirlər iki ölkə arasında gələcək əlaqələri müzakirə edib.

 

SANA-nın məlumatına görə, Yusif bin Ələvi hər iki tərəfin müzakirələr mövzusunda həmfikir olduğunu, problemlərin öhdəsindən gəlmək və onları aradan qaldırmaq üçün davamlı ünsiyyətin, koordinasiya və birgə fəaliyyətin zərurətini vurğulayıb.

 

Həmçinin Suriyada baş verənləri “Suriyaya yönəlik müharibə” adlandıran nazir, bu istiqamətdə Suriya hökümətinin və xalqının qudrətinə güvəndiyini bildirib.

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system