NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 69
Ölüm saçan avtobuslar

Ölüm saçan avtobuslar

Son vaxtlar Bakıda qapıları açıq avtobuslardan sallanaraq gedən şəxslərin sayı daha da artıb.

İslamınSəsi “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu görüntülərlə hər gün şəhərrin mərkəzində, xüsusilə də Bakıətrafı qəsəbələrə gedən avtobuslarda rast gəlmək mümkündür. Günün pik saatlarında “Koroğlu” metrosundan Bakı kəndlərinə və ya əks istiqamətə hərəkət edən avtobusların çox hissəsi qapıları açıq vəziyyətdə idarə edilir, qapılardan isə bir neçə nəfər sallanaraq mənzil başına yetişir. Bu da onların həyatı üçün ciddi təhlükədir. İllərlə mövcud olan bu problemin hələ də qalması narahatlıq yaradır.

Xəzər TV də sözügedən problemə diqqət ayırıb. Telekanalın hazırladığı süjetdə göstərilir ki, avtobusun hər iki qapısı açıqdır və bir neçə sərnişin sallaşıb. Bu azmış kimi onlar yolda hərəkət edən digər avtomobillərə əl-qol hərəkəti etməklə yanaşı təpik də atırlar. Həmin görüntülər Bakı-Şamaxı yolunda lentə alınıb. 114 nömrəli avtobusun içərisi tam dolduğundan sərnişinlərin bəziləri çöldə qalıb.

Avtobusun qapılarını bağlamadan hərəkət etdirən sürücü sərnişinlərin həyatını təhlükəyə atmaqla yanaşı, digər yol hərəkəti iştirakçıları üçün də təhlükə yaradır.

Həmin görüntüləri təqdim edirik:

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system