NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ölkəsindən kənarda yaşamaq istəyənlərə şad xəbər

Oxundu: 237
Ölkəsindən kənarda yaşamaq istəyənlərə şad xəbər

Ölkəsindən kənarda yaşamaq istəyənlərin ən çox müraciət etdiyi Kanadada hökumət üç il ərzində bir milyondan çox qaçqın qəbul edəcəyini açıqlayıb.

 

İslaminSesi  Moderator.az-a istinadən xəbər verir ki, Kanada Miqrasiya, Sığınacaq və Vətəndaşlıq naziri Əhməd Hussenin parlamentə təqdim etdiyi hesabatda yer alan məlumatlara görə, 2019-cu ildə 330 min, 2020-ci ildə 341 min, 2021-ci ildə isə 350 min nəfərinin ölkəyə qəbul edilməsi planlaşdırılır.
 
Özü də bir köçkün olan Somali mənşəli Hussen "Tarix boyu qapılarımızı açdığımız miqrantlar sayəsində Kanada hamımızın rahat yaşadığı güclü və canlı bir ölkə halına gəlib" deyib.
 
Nazir yeni miqrantların Kanadanın əhalisinin qocalması və doğum nisbətlərinin aşağı düşməsindən irəli gələn problemlərinə həll olacağını və ölkənin işçi qüvvəsini böyüdəcəyini bildirib.
 
Qeyd edək ki, 37 milyon əhalisi olan Kanadadakı hər beş nəfərdən biri qaçqındır. 1990-cı ildən bu yana ölkəyə altı milyondan artıq miqrant gəlib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system