NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:35
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ölkədə maye qaz qıtlığı yaranıb - Səbən nədir?

Oxundu: 345
Ölkədə maye qaz qıtlığı yaranıb - Səbən nədir?

Bir neçə gündür ki, ölkədə mavi qaz ( propan) qıtlığı yaşanır

İslaminSesi bildirir ki, bu barədə "Qafqazinfo”ya həm paytaxtdan, həm də rayonlardan çoxsaylı müraciətlər daxil olub. Onlar bildirir ki, yanacaqdoldurma məntəqələrində avtomobillərinə vurdurmaq üçün qaz tapmırlar. Həmçinin məişətdə işlədilən qaz balonlarını da doldura bilmirlər.

 

Sayt məsələ ilə bağlı SOCAR-la əlaqə saxlayıb. SOCAR-dan bildirilib ki, problem onlarlıq deyil. Dövlət Neft Şirkəti yanacaqdoldurma məntəqələrini lazımı səviyyədə mavi qazla təmin edib.

 

Problemin səbəbini öyrənmək üçün Məişət Maye Qaz MMC ilə əlaqə saxladıq. Onlar məsələ barədə məlumatlı olduqlarını vurğuladılar.

 

Qeyd etdilər ki, hər il avqust ayında avadanlıqların istismar müddəti bitir. Ona görə də ehtiyac yarandığı halda yeniləri ilə əvəz edilir. Bu il isə işlərə iyul ayından başlanılıb. Ona görə də bir neçə gündür ki qıtlıq yaşanır. Hazırda işlər davam edir. Yaxın 3-4 gün ərzində işlər yekunlaşacaq və məsələ öz həllini tapacaq

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system