Ölkə üzrə istixanaların sayı AÇIQLANDI

Oxundu: 71
Ölkə üzrə istixanaların sayı AÇIQLANDI

Azərbaycanda fəaliyyət göstərən istixanlarla bağlı statsitika açıqlanıb.

 

İslaminSesi bildirir ki, Dövlət Statistika Komitəsindən (DSK)  verilən məlumata görə, 2019-cu ildə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 3019 vahid istixana fəaliyyət göstərib.

 

Həmin istixanalarda 216586,0 ton pomidor, 16685,8 ton xiyar, 5439,1 ton badımcan, 269,0 ton bibər, 69,3 ton soğan, 5,4 ton lobya, 4,0 ton kələm, 1,7 ton sarımsaq, 574,4 ton göbələk və 69,2 ton çiyələk istehsal edilib.

 

Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Samux, Sabunçu, Tovuz, Masallı və Sabirabad rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.

 

Rəsmi məlumata görə, yanvar ayında respublikada örtülü torpaq sahələrindən 18,0 min ton tərəvəz toplanıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system