NAMAZ VAXTLARI:
  • FƏCR 05:28
  • GÜN 06:48
  • ZÖHR 12:49
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Ölkə birinciliyində daha 6 qalib məlum oldu - Cüdo

Oxundu: 174
Ölkə birinciliyində daha 6 qalib məlum oldu - Cüdo

"Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi davam edir.

"İslaminSesi.info" xəbər verir ki, 80 klubdan 612 cüdoçunun mübarizə apardığı yarışda 2-ci günün qalibləri məlum olub. Müxtəlif çəki dərəcələrində Nigar Səhrabova (-40 kq), Zeynəb Məmmədova (-52 kq), Nərmin Əmirli (-70 kq), İsmayıl Qənbərli (-50 kq), Mətin Rzazadə (-66 kq) və Ruslan Nəsirli (-90 kq) respublika çempionu adına layiq görülüblər.

 

Ölkə birinciliyinin mükafatçılarına medallar, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və diplomları təqdim olunub.

 

Xatırladaq ki, yeniyetmə cüdoçuların ölkə birinciliyi yanvarın 11-i başa çatacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system