NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:57
  • ZÖHR 12:40
  • ŞAM 19:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Ölkə başçısı sərancam verdi – Nardaran məhbuslarından 4 nəfər azadlığa çıxır

Oxundu: 2570
Ölkə başçısı sərancam verdi – Nardaran məhbuslarından 4 nəfər azadlığa çıxır

Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncam 431 nəfərə şamil olacaq.

 

“İslaminSesi” xəbər veriri ki, Ölkənin tanınmış ilahiyyatçıları hacı Zülfüqar Mikayılzadə və hacı Elman Ağayev prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının siyahısında yer alıblar.

 

Sərəncamda bildiriib ki, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər.

 

Qeyd edək ki, “Nardaran işi” üzrə həbs eilənlərdən Elçin Qasımov, Zülfüqar Mikayılov, Elman Ağayev, Raiz Mirzoyev, Rasim Cəbrayılov, Lətif Əhmədov, Ramil Əliyev, Seymur Aslanov əfv ediliblər. Sərəncam ümumilikdə 431 nəfərə şamil olacaq.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system