NAMAZ VAXTLARI:
  • FƏCR 06:33
  • GÜN 07:58
  • ZÖHR 12:52
  • ŞAM 18:05
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Oğuzda odun üstündə kütləvi dava - VİDEO

Oxundu: 128
Oğuzda odun üstündə kütləvi dava - VİDEO

Oğuz rayonunda odun üstündə kütləvi dava zamanı biri ağır olmaqla, iki nəfər xəsarət alıb.

"İslaminSesi.info" ARB TV-yə istinadən xəbər verir ki, Oğuz Rayon Mərkəzi Xəstəxanasına rayonun Calut-1 kənd sakini, 31 yaşlı Zamin Quliyev və Calut kənd sakini, 26 yaşlı Sərvər Xamdiyev bədən xəsarətləri ilə daxil olublar.

 

Müayinə zamanı Z.Quliyevə əlin üçüncü barmağının kəsiyi diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib. Qapalı kəllə-beyin travması alan 26 yaşlı S.Xamdiyev isə Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

 

Onlar aralarında yaranan mübahisə zamanı bir-birilərinə xəsarət yetiriblər. 

 

Davanın daha iki iştirakçısının da polis tərəfindən saxlanıldığı bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system