NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 246
Oğuzda baş verən yol qəzasında sürücü xəsarət alıb

Oğuzda baş verən yol qəzasında sürücü xəsarət alıb

Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsində 1 nəfər ağır xəsarət alıb.


"İslaminSesi.info" bildirir ki, APA-nın  məlumatına görə, fevralın 23-dən 24-nə keçən gecə Şəki şəhər sakini, 1983-cü il təvəllüdlü Rüstəm Xudaverdi oğlu Hacısəlimov idarə etdiyi BMW markalı minik avtomobili ilə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində Şəki rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Rüstəm Hacısəlimov Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.
 

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system