NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Oğuz sakinləri bu günə qədər görmədikləri fəlakətlə üz-üzə qalıblar - FOTO

Oxundu: 822
Oğuz sakinləri bu günə qədər görmədikləri fəlakətlə üz-üzə qalıblar - FOTO

Yerli sakinlərin köməyi ilə gecə saatlarında qocalar və azyaşlılar daha təhlükəsiz ərazilərə yerləşdirilib

Dünən axşam saatlarından başlayaraq yağan güclü leysan yağışları Oğuz rayonuda ciddi fəsadlara səbəb olub. Rayon ərazisindən axan Daşağıl, Əlican, Türyançay çaylarında suyun səviyyəsi bir neçə dəfə artıb.

 

Sputnik Azərbaycanın bölgə muxbiri xəbər verir ki, leysan yağışları daha çox rayonun Muxas kəndinə ziyan vurub. Daşağıl çayında su səviyyəsinin bir neçə dəfə artması, lil və ağac qırıntılarının çoxalması nəticəsində sel suları kəndi ağuşuna alıb. Nəticədə fərdi təsərrüfatlara, həyətlərə, evlərin zirzəmilərinə, anbarlarına və yaşayış sahələrinə su dolub, divarlar dağılıb.

 

Güclü leysan nəticəsində Oğuzun bir neçə kəndinə böyük ziyan dəyib.

 

Kənd sakini Aygün Orucovanın əməkdaşımıza verdiyi məlumata görə, dünən axşam saatlarından başlayaraq sel suları dayanmadan artıb və kənddəki evlər su altında qalıb: "Çox həyəcanlı vəziyyət yarandı, uşaqları təhlükəsiz yerlərə daşıdıq. Sel vurub bir sıra evlərin divarlarını dağıtdı. Gecəni qorxu altında keçirmişik".

 

Həm söhbət olduğumuz kənd sakinləri indiyədək belə dəhşətli mənzərə ilə üzləşmədiklərini qeyd etdilər. Selin fəsadlarının dayanmadan artdığını görən yerli icra və bələdiyyə strukturları dərhal müvafiq qurumları məlumatlandırıb. Yerli sakinlərin köməyi ilə gecə saatlarında qocalar və azyaşlılar daha təhlükəsiz ərazilərə yerləşdirilib.

 

Rayon Fövqəladə Hallar Komissiyasının ilkin araşdırmalarına görə 300 ailənin yaşadığı kənddə 100-dən artıq fərdi təsərrüfata ciddi ziyan dəyib. Hazırda Komissiya və müvafiq idarələr Muxas kəndində təsərrüfatlara dəyən zərərin miqdarını dəqiqləşdirir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system