NAMAZ VAXTLARI:
  • FƏCR 03:25
  • GÜN 05:12
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Nyu-Yorkda minlərlə yəhudi sionizmə etiraz etdi

Oxundu: 247
Nyu-Yorkda minlərlə yəhudi sionizmə etiraz etdi

Sionizm və İsrail rejiminin varlığına qarşı çıxan minlərlə ortodoksal yəhudi İsrailin bəzi təhsil müəssisələri üçün ianə yığmaq niyyətilə Nyu Yorkun Queens bölgəsindəki "Artur Ashe" stadionunda aksiya toplaşıblar.

İslaminSesi-nin haberler.com-a istinadən verdiyi xəbərə görə, toplantıda ABŞ-ın ortodoksal yəhudilər icmasının liderləri çıxışlarında İsraili sərt şəkildə tənqid ediblər. 

 

Aksiyanı təşkil edən Bruklin bölgəsi camaatının ravvini Çim Lefkovits, İsrail rejiminin dini təlimlərə qarşı olduğu üçün hərbi xidmət keçmək istəməyən ortodoksal yəhudiləri orduya çağırmaq məsələsində son illərdə təzyiqləri artırdığını bildirib: 

 

 "İsrail rejimi dini qəbul etmədiyi üçün hər hansı prosesdə iştirak etmək istəmirik. Buna görə də təhsil müəssisələrinə ayrılan yüz milyonlarla dollarlıq İsrailin köməyini könüllü olaraq rədd edirik. Ölkədəki məktəbləri maliyyələşdirmək üçün dünya miqyasında yardım kampaniyasına başlatmışıq. Burada İsraildəki qardaşlarımızla həmrəylik nümayiş etdirmək və təhsil müəssisələrinə maddi dəstək vermək üçün toplaşmışıq".   

 

Çim Lefkovits işğal olunmuş ərazilərdə ortodoksal yəhudi camaatının mühüm bir qisminin bu həftə keçirilən parlament seçkilərini boykot etdiyini vurğulayaraq, İsrailin hər hansı bir prosesində yer almaq istəmədiklərini bildirib.   

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system