NAMAZ VAXTLARI:
  • FƏCR 06:33
  • GÜN 07:58
  • ZÖHR 12:52
  • ŞAM 18:05
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Nyu York Tayms: "Yəməndə ABŞ istehsalı olan faciə yaşanır"

Oxundu: 2475
Nyu York Tayms:

"Nyu York Tayms" (NYT) qəzeti ABŞ-ın Yəməndə Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyaya satdığı bombaların səbəb olduğu təxribatlardan, insanlıq dramından və ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışı rəqəmlərindən yazıb.

 

"İslaminiSesi" bildirir ki, qəzetdə "Yəməndə ABŞ istehsalı olan faciə yaşanır" sərlövhəli yazı dərc edilib.

 

Məqalədə 2016-cı ilin sentyabr ayında Yəmənin paytaxtı Səna yaxınlığında yerləşən Arhab bölgəsində təşkil edilən hava hücumunda dünyasını dəyişənlərin həyatlarından bəhs edilir, xalqın müharibə ilə bir anda kabusa çevrilən həyatlarından danışılır.

Arhabda bir qrup kəndlinin su quyusu açmaq üçün toplaşdığı zaman təşkil edilən hava hücumunda bəzilərinin öldüyü, bəzilərinin şikəst olduğu, aradan 2 ildən çox müddət keçməsinə baxmayaraq, bölgədə bomba izləri və qalıqları hələ də mövcuddur.

 

Xəstəxanalarda dərman çatışmazlığına görə tibbi heyətin bombaların hədəfi olan vətəndaşları müalicə etməkdə çətinlik çəkir. 

 

Hava hücumlarında bədən üzvlərini itirən yaşlılar, gənclər və uşaqların görüntülərinə yer verilən yazıda, İnsan Haqlarını Müşahidə Təşkilatının (Human Rights Watch) məlumatlarına əsasən, sözügedən hava hücumunda 3-ü uşaq olmaqla 31 mülki vətəndaşın dünyasını dəyişdiyi, 42 nəfər yaralandığı bildirilir.

 

Qəzet hücumda istifadə edilən bombalarda ABŞ Müdafiə Nazirliyinin verdiyi seriya nömrələrinin olduğunu və Texasda yerləşən "General Dynamics" firması tərəfindən istehsal edildiyinin müəyyən edildiyini vurğulayıb.

Yəməndə dinc vətəndaşlar hədəf alınır

 

Yəməndə Səudiyyə işğalının başladığı 2015-ci ildən bu yana Birləşmiş Millətlər və insan haqları təşkilatlarının, hava hücumlarında mülki vətəndaşlara və mülki tikililərə verilən zərərlər haqqında xəbərdarlıq etdiyinə işarə edilir. "Səudiyyə bombaları, zavodları, körpüləri, yolları, xəstəxanaları, su quyularını, dəfn mərasimlərini, toyları, tədbirləri və uşaqlarla dolu məktəb avtobusunu hədəf alır", - deyə yazılır.

 

Səudiyyə Ərəbistanı Ənsarullah Hərəkatının nəzarətində olan bölgələrə silah girişinin qarşını almaq və bu səbəbdən də Yəmənə tətbiq etdiyi blokadanın onsuz da yoxsul olan ölkədə ərzaq və humanitar yardım çatışmazlığı yaratdığı qeyd edilir.

 

Yəməndə çox böyük humanitar fəlakət yaradan hava hücumları və blokada səbəbindən 5 yaşından aşağı 85 min uşağın öldüyü, 21 vilayətdə vəbanın tüğyan etdiyi vurğulanır.

ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışı

 

Səudiyyə Ərəbistanının Yəməndəki bombardmanlarında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Küveyt, Sudan və Misir kimi region ölkələrinin dəstəyini aldığına işarə edilən xəbərdə, "ancaq Səudiyyə Ərəbistan işğal üçün dəstəyini çox uzaqlardakı müttəfiqi ABŞ-dan aldı", - deyə bildirilir.

 

Səudiyyə Ərəbistanının keçmiş prezidentlər Bill Klinton, Corc Buş, Barak Obama dövrlərində ABŞ-dan milyardlarla dollarlıq hərbi texnika aldığı, Obamanın 2016-cı ildə səlahiyyət müddəti bitməmişdən qısa müddət əvvəl mülki ölümləri azaltmaq məqsədilə Səudiyyə Ərəbistanına ağıllı bomba satışını dayandırdığı xatırladılır.

 

ABŞ prezidenti Donald Trampın isə vəzifə başına gəldikdən dərhal sonra ilk xarici səfərini Səudiyyə Ərəbistanına etdiyi, Obamanın dayandırdığı silah satışını yenidən başlatdığı, bu prosesdə Konqres üzvlərinin silah satışını dayandırmaq üçün addımlar atmağa çalışdığı vurğulanır.

Səudiyyə ABŞ rəhbərliyindən silah almaq siyasətini sevir

 

Səudiyyə Ərəbistanının ABŞ-dan silah alarkən Xarici Hərbi Satış Proqramı (FMS) adı verilən bir proqramdan istifadə etdiyinə, beləliklə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) vasitəçi rolu olduğuna işarə edilən xəbərdə, Pentaqonun silah sifarişlərinin yerinə yetirilməsi üçün maddi-texniki dəstək verdiyi və özəl firmalarla işlədiyi qeyd edilir.

 

FMS ABŞ Xarici İşlər Nazirliyinin də nəzarəti altında olan şirkətdir. 2017-ci ildə 100-dən artıq ölkə ABŞ-dan silah alıb və bəzi ölkələr birbaşa istehsalçılarla əlaqə quraraq alqı-satqı əməliyyatı aparıb. NYT yazır ki, buna baxmayaraq, "Səudiyyə ABŞ rəhbərliyindən silah alırmış kimi bir siyasət yürütməyi sevir, Pentaqon onların adından firmalarla danışdıqda, işlərinin daha da sürətləndiyini hesab edirlər."

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatlarına görə, ABŞ-ın 2010-2017-ci illər arasında Səudiyyə Ərəbistanına 30 ədəd yüksək texnologiyaya malik F-15 təyyarəsi, 84 döyüş vertolyotu, 110 havadan yerə idarə olunan raket və təxminən 20 min idarə olunan bomba satıb.

 

Məqalədə son olaraq səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətinin sonra ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışının yenidən nəzarət altına alındığına, Səudiyyə Ərəbistanına silah satışının dayandırılması barədə Senatın alt komitələrində səsverməyə çıxarılan qanun layihəsinin səs çoxluğuyla qəbul edildiyinə diqqət çəkilir.

/FaktXəbər/

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system