NAMAZ VAXTLARI:
  • FƏCR 03:40
  • GÜN 05:20
  • ZÖHR 12:37
  • ŞAM 20:14
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

NYT: ABŞ taliblərə qarşı hava zərbələrini gücləndirib

Oxundu: 196
NYT: ABŞ taliblərə qarşı hava zərbələrini gücləndirib

Pentaqon Əfqanıstanda "Taliban" hərəkatına qarşı hava zərbələrini və xüsusi təyinatlıların hücumu 2014-ci ildən bəri ən yüksək səviyyəyə çatdırıb.

 

İslaminSesi-nin RT-yə istinadən verdiyi xəbərə görə, bu haqda The New York Times qəzeti mənbələrə istinadən yazır.

Qeyd olunur ki, hələ payızda başlayan bu gücləndirilmə ABŞ nümayəndələrinə taliblərlə sülh danışıqlarında üstünlük vermək məqsədi daşıyır.

Qəzet hərbçilərin məlumatlarına istinadla bildirir ki, 2018-ci ildə ABŞ Əfqanıstanda ekstremistlərin üzərinə 7 mindən çox bomba, raket və digər döyüş sursatı atıb. Bu isə, 2014-cü il göstəricilərindən təxminən üç dəfə çoxdur.

Qeyd olunur ki, yalnız sentyabr ayından bəri ABŞ 2100-ə yaxın aviazərbə endirib və artilleriya atəşi açıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system